Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

10:00 07-10-2022 | icon 1145
Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda VI qrupdakı ilk matçında Polşanı qəbul edəcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü Aslan Qalayevin başçılıq etdiyi qazaxıstanlı hakimlər idarə edəcək.

Polşa seçməsi ilk oyununda Yunanıstana qalib gəlib - 3:0.

Dünya çempionatı, seçmə mərhələ

7 oktyabr

20:00. Azərbaycan - Polşa

Baş hakim: Aslan Qalayev

Bakı İdman Sarayı


Digər xəbərlər

0.27162098884583