6 nömrəli Uşaq Musiqi Məktəbinin xalq çalğı alətlər şöbəsi Xalq artisti Əhmədxan Bakıxanovun 130 illiyinə həsr olunmuş tədbirdə çıxış edib - FOTOLAR
6 oktyabr 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tarzən, pedaqoq, musiqi xadimi, Azərbaycanın Əməkdar müəllimi, Azərbaycanın Xalq artisti Əhmədxan Bakıxanovun 130 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Xalq artisti, professor, bəstəkar, tarzənin oğlu Tofiq Bakıxanov, Xalq artisti, tarzən, Ramiz Quliyev, Xalq artisti, tarzən Möhlət Müslumov, Xalq artisti, kamança ifaçısı Fəxrəddin Dadaşov, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə iştirak etmişdir.
Tədbirə dəvət alan Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin xalq çalğı alətlər şöbəsinin müdiri Vəfa Babazadə, şöbənin şagirdləri lV sinif şagirdi Bayramova Xalidə, V sinif şagirdi Quliyev Səid və Sevda Rəhimovanın rəhbərliyi altında məktəbin müəllimlərindən ibarət ansamblı maraqlı proqramla çıxış etmiş, izləyicilər tərəfindən rəğbətlə qarşılanmış, ustadlardan dəyərli məsləhətlər almışlar.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova tədbirdə fəal iştiraka görə 6 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Sevda Rəhimovaya təşəkkür məktubu ünvanlayıb.
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...