Ağdamın əvvəlki şöhrəti qayıdacaq 

13:48 08-10-2022 | icon 1107
Ağdamın əvvəlki şöhrəti qayıdacaq 

Prezident İlham Əliyev oktyabrın 5-də Ağdam şəhərində şəhərsalma mövzusunda təşkil olunmuş tədbirdəki çıxışında bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisinin Azərbaycana təhvil verilməsi Qələbəmizin həm döyüş meydanında, həm siyasi müstəvidə qazanılmasının göstəricisidir.

        Artıq bütün dünya Azərbaycanın gücünü gördü. 44 günlük müharibə bizim gücümüzü göstərdi. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Əlbəttə, müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq. Müharibə tarixdir, şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Bu müharibəni, Qələbəni udmaqda qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq.

        Prezident bildirdi ki, Ağdam şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır.

      Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun. Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb.Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilib.Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır.

       Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə Ağdam deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə bənzər olacaq. Biz qəti surətdə əminik ki, Ağdamın əvvəlki şöhrəti qaytarılacaq, bu torpaqlarda yaşamaq və işləmək bizim əzəli hüququmuzdur.

Şəhriyar  Əsgərov,

Cəlilabad rayon Gənclər  və  İdman  İdarəsinin  əməkdaşı,  Əməkdar  məşqçi


Digər xəbərlər

0.22999811172485