Bölgəyə sülh lazımdır

13:50 08-10-2022 | icon 1310
Bölgəyə sülh lazımdır

Oktyabrın 5-də Ağdamda keçirilən şəhərsalma mövzusunda tədbirdə Prezident İlham Əliyev Qarabağın yenidən qurulması ilə bağlı mühüm mesajlar verdi. Dövlətimizin rəhbəri növbəti dəfə vurğuladı ki Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur, artıq Böyük Qayıdış proqramının icrasına başlanılıb.

       Prezident İlham Əliyevin də söylədiyi kimi, münaqişə tarixdə qalıb. yeni imkanlar yaranıb. İndi diqqət yetirilən əsas məsələ regionda yeni nəqliyyat-kommunikasiya xəttinin yaradılmasıdır. Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək, ölkəmizin əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektoru üçün böyük imkanlar yaradır. Prezident qeyd edib ki, .Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də bütövlükdə türk dünyasında yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq.

       Məlumdur ki, Zəngəzurun o vaxt Azərbaycandan alınması və Ermənistana birləşdirilməsində məqsəd həm də türk dünyasında qarşılıqlı münasibətlərin inkişafına mane olmaq idi. Çünki bu addım coğrafi ayrılmaya səbəb olurdu. Amma qədim Azərbaycan torpağı olan Zəngəzur yeni şəraitdə türk dünyasında birləşdirici rol oynayacaq. Bu ərazidən keçən nəqliyyat xətti türkdilli dövlətlərin əməkdaşlıq imkanlarını genişləndirəcək.

Sülh prosesi ilə bağlı müəyyən nikbinlik var. Bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını Ermənistan düzgün qiymətləndirməlidir.

       Ümid edirik ki, sərhədlərin delimitasiyası üzrə iki müvafiq komissiya vaxt itirməyəcək və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləyəcəklər. 30 ilə yaxın davam edən işğal illəri ərzində bu sərhəd tamamilə Ermənistanın nəzarəti altında olub. 400 kilometrdən çox olan sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə həyata keçiriləcəkdir. 

 İlham  Əliyev

Cəlilabad rayon  Gigiyena və Epidemiologiya Mərkəzinin  direktoru


Digər xəbərlər

0.21429896354675