Qaradağda vətəndaşlarla səyyar qəbul keçirildi - Fotolar

00:42 09-10-2022 | icon 1175
Qaradağda vətəndaşlarla səyyar qəbul keçirildi - Fotolar

7 oktyabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qəbulda Ümid qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

 




Digər xəbərlər

0.25209403038025