"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

00:48 09-10-2022 | icon 989

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda daha bir oyun keçirilib.

"Neftçi" "Bakcell Arena"da "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarını 19-a çatdıran "ağ-qaralar" 3-cü, 11 xalı olan Tovuz təmsilçisi isə 6-cı pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turun əvvəlki 2 oyununda "Zirə" evdə "Şamaxı"nı, "Səbail" isə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 9-da keçiriləcək "Sabah" - "Kəpəz" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

 

Digər xəbərlər

0.22744989395142