“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü start götürür

10:15 09-10-2022 | icon 1302
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü start götürür

“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının yeni mövsümü başladı. Yeni
mövsümdə 3 divizionun – Bakı, Regional və Tələbə divizionlarını təmsil edən yarış hər
həftənin bazar günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq.

 
Qaydalara görə il əzrində 2 mövsüm oyun oynanılır. 1-ci mövsümdə “Bilik” Kuboku, 2-ci
mövsümdə isə “Nar” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə “Bilik” kuboku və “Nar”
kubokunun qalibləri, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.


Hazırki mövsümdə “Bilik” kubokunu qazanan komanda ötən mövsümün qalibi olan “Nar”
komandası ilə Breyn Rinq üzrə 2022-ci ilin Azərbaycan çempionu titulu uğrunda mübarizə
aparacaq.


Qeyd edək ki, elm və təhsilin inkişafına dəstək “Nar”ın əsas KSM istiqamətlərindən biridir.
Mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az
səhifəsindən əldə etmək olar.


“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider
mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq
sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Digər xəbərlər

0.35478091239929