Biz sülhə yaxınlaşırıq
44 Günlük Vətən müharibəsində qalib gələn Azərbaycan öz qalibiyyətini diplomatik cəbhədə də davam etdirir. Oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün nəticəsində yayılan Bəyanat da bunu bir daha təsdiqləyir.
Paşinyan Praqada sülh sazişinin imzalanması üçün zəruri olan prinsipial məqamlarla bağlı Azərbaycan tərəfinin şərtlərini qəbul etdiyini bildirdi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Hansı ki, Ermənistan tərəfi bu günə kimi bunların heç birini dilinə gətirməmişdi.
Azərbaycan Ermənistanla münasibətlərini tənzimləmək, regionda davamlı sülhün və sabitliyin bərqərar olmasını təmin etmək üçün bütün lazımi addımları atıb. Bundan sonra hər şey Ermənistan hakimiyyətindən, onun bu həssas məqamda üzərinə düşən məsuliyyəti nə dərəcədə dərk etməsindən asılı olacaq.
Əgər rəsmi İrəvan post-müharibə dönəminin reallıqlarını lazımınca dərk edəcəksə, Azərbaycanın sülh cəhdlərini dəstəkləməyin hər şeydən öncə Ermənistanın öz mənafeyi üçün sərfəli olduğunu anlayacaqsa, o zaman yaxın gələcəkdə biz sülh sazişinin imzalanmasına şahid olacağıq. Yox əgər rəsmi İrəvan yenə hansısa bəhanələrlə prosesi uzatmağa çalışacaqsa, məntiqsiz fikirlər, məsuliyyətsiz bəyanatlar səsləndirəcəksə, o zaman sülh sazişinin imzalanması yenə də təxirə düşəcək. Bu isə iqtisadi-sosial böhran, ağır siyasi gərginlik, kommunuksiya blokadası yaşayan Ermənistan üçün daha ciddi problemlər demək olacaq.
Praqa görüşünün ən önəmli nəticəsi Ermənistanın bütün cəhdlərinə baxmayaraq, prosesin Azərbaycanın irəli sürdüyü prinsiplər üzərindən inkişaf etdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün BMT Nizamnaməsinin prinsiplərinə uyğun tanınmasıdır. Bu, Azərbaycanın bütün əraziləri, o cümlədən Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan yaşayış məntəqələri üzərində suveren hüquqlarının tanınması deməkdir. Digər mühüm amil sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasının tezliklə keçirilməsi ilə bağlıdır.
Sayyad Hüseynov.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının insan resursları
şöbəsinin müdiri
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...