Praqa görüşü sülh müqaviləsinə doğru mühüm addımdır

10:06 10-10-2022 | icon 1306
Praqa görüşü sülh müqaviləsinə doğru mühüm addımdır

Prezident İlham Əliyevin Praqaya səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüş, əldə olunmuş nəticələr Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və qətiyyətli siyasətin növbəti böyük uğurudur. 

        Bu görüş beynəlxalq aləmin diqqət mərkəzində idi.  Çünki son vaxtlar Ermənistanın təxribatları ucbatından Ermənistan-Azərbaycan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Bu isə regionda sülh və inkişaf üçün təhlükə yaradırdı. Lakin göründüyü kimi Praqa görüşü bu narahatlıqlara son qoydu. Azərbaycanın qətiyyəti öz sözünü Praqada da dedi. Nəticədə də Yelisey sarayının rəsmi saytında dərc olunan Bəyanatda da qeyd edildiyi kimi, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Bu, Ermənistanın növbəti dəfə məğlubiyyəti kimi dəyərləndirilməlidir. Çünki 44 günlük müharibədə darmadağın olan Ermənistan son vaxtlar yenidən revanşist iddialarla çıxış edir, hərbi təxribatlara əl atırdı. Lakin Azərbaycan Ordusunun növbəti zərbəsini alan Ermənistan nəhayət, başqa yolun olmadığını dərk etdi.

         Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı.  Lakin Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Bundan başqa, sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırıldı. Eyni zamanda 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsinə sadiqliklərini nümayiş etdirirlər. Bu da Ermənistanla yanaşı, Avropa liderlərinin də Azərbaycanın ərazi bütövlüyünü tanımaları deməkdir. Bu isə çox vacib bir məqamdır və hesab edirəm ki, Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir. Eyni zamanda sülh müqaviləsinin imzalanmasına yönəlmiş növbəti addımdır.

      

Cavanşir Həsənov,

Cəlilabad rayon Dövlət Aqrar İnkişaf  Mərkəzinin sektor  müdiri


Digər xəbərlər

0.28440308570862