Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq

10:13 10-10-2022 | icon 1070
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq

“Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır.
Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən
heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq,
binalar tikirik və hələ nə qədər edəcəyik”.
Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında
səsləndirdiyi bu sözlər bir tərəfdən ölkəmizin sülh siyasətinə sadiqliyindən, xalqımızın qurub-
yaratmaq xarakterindən xəbər verirsə, digər tərəfdən, respublikamızın iqtisadi güc-qüdrətini göstərir.
Qarabağ və Şərqi Zəngəzurda Vətən müharibəsindən ötən müddətdə sürətlə aparılan genişmiqyaslı
bərpa layihələri də bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, Qarabağ və ətraf ərazilərdəki yaşayış sahələri və infrastruktur, maddi-mədəni
nümunələr işğal dövründə tamamilə dağıdılıb, daş-daş üstdə belə saxlanılmayıb.
Hazırda Qarabağ və ətraf rayonlarda bərpa-quruculuq işləri plan üzrə aparılır. Artıq yaşayış
binalarının inşası sürətlə icra edilir. Ağalı kəndi məskunlaşdırılır, yeni yaradılacaq yaşayış sahələrinin
yerləri müəyyənləşdirilir. Həmçinin tarixi abidələrin bərpası hazırlanan cədvəl üzrə həyata keçirilir. Bir
sözlə, qarşıya qoyulan əsas vəzifə Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən abad, ən gözəl
bölgələrindən birinə çevirməkdir. Prezident İlham Əliyev müşavirədə bununla bağlı deyib: “Qeyd
etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı
şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender
prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq
tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və
veriləcək”.
Dövlətimizin başçısı çıxışında Qarabağ və Şərqi Zəngəzurla bağlı görülən işlər arasında ərzaq
təhlükəsizliyi məsələlərinə də xüsusi önəm verildiyini bildirib. Ölkə rəhbəri artıq bütün dünyanın
üzləşdiyi bu problemin həlli istiqamətində Azərbaycanın da ciddi tədbirlər həyata keçirdiyini, bunun
respublikamızın taxılın idxalından böyük dərəcədə asılılığı ilə bağlı olduğunu söyləyib. Eyni zamanda,
bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlandığını, həm azad edilmiş torpaqlarda, həm də
ölkəmizin digər yerlərində vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmaq barədə müəyyən
layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra vurğulayıb: “Mənə
verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni,
buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir”.
Düşməndən təmizlənən torpaqlarda sənayenin inkişafı da diqqətdə saxlanılır. Cəbrayıl və
Ağdam rayonlarında artıq bu istiqamətdə işlər gedir. Bölgədə sənayeləşmə prosesinin mərhələli
şəkildə aparılacağı nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin
mərhələdə tikinti şirkətləri prosesə qoşulur. Nəzərə alsaq ki, əhali tezliklə işğaldan azad edilmiş
ərazilərə qayıdacaq, belə olan halda, onların ərzağa olan tələbatının təmin edilməsi xüsusi diqqətdə
saxlanılır. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida
sənayesinin formalaşdırılması prosesinin həyata keçirilməsi nəzərdə tutulur
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın
hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü
yaşayırıq.
Bu cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın
ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir
Milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet
istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin

diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və
şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və
yanaşmaların paylaşılması son dərəcə vacibdir.
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət kimi heç vaxt vətəndaşları arasında etnik
mənşəyinə və ya dini etiqadına görə fərq qoymayıb və bundan sonra da bu belə olacaq. Biz birbaşa
Konstitusiya səviyyəsində təsbit etmişik ki, Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin
təməlini təşkil edir və Azərbaycan Respublikası dövlətin bütün vətəndaşlarının ümumi və bölünməz
vətənidr.
Mirzəliyeva Səbinə.
Saatlı rayon Məzrəli kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.25825095176697