Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur

10:46 11-10-2022 | icon 1054
Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur

6 oktyabr tarixində Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının
Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşü xüsusi əhəmiyyət
daşıyırdı. Təbii ki, bu görüş mühüm sənədlərin imzalanması ilə tarixə düşdü. Digər
tərəfdən görüşü Azərbaycanın Avropa İttifaqı ilə bir sıra istiqamətlərdə fəal əməkdaşlığı
baxımından dəyərləndirmək olar. Bu əməkdaşlığa İlk növbədə enerji sahəsini misal
göstərə bilərik.
Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə
Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd edə  bilərik. Bu gün Azərbaycanın
enerji resurslarına Avropada daha böyük tələbat var. Məlum olduğu kimi, Avropa İttifaqı
ölkələri həm də bizim üçün əsas ticarət tərəfdaşlarımızdır. Artıq ölkəmizin geosiyasi
məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir.
Həmçinin nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın
coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada
həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur.
Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı
kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb.
Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının önəmli istiqamətlərindən biri siyasi
dialoqdur. Artıq uzun yeni saziş üzərində iş aparılırdı və sazişin böyük əksəriyyəti artıq
razılaşdırılmıdı. 6 oktyabr görüşünün yekununda qəbul olunan bəyanat isə rəsmi
Bakının növbəti diplomatik qələbəsi sayılmalıdır. Deyə bilərik ki, Praqa görüşündə
Azərbaycan istəyinə nail olub.  Azərbaycan çalışırdı ki, ərazi bütövlüyünün təmin
olunmasına nail olsun və Ermənistan da bununla razılaşsın. Biz deyə bilərik ki,
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıdı. Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan 30 il gərgin əmək sərf etdiyi sənədin təsdiqinə nail olub.
Sənəddə BMT Nizamnaməsi asas götürülüb. Burada ən önəmli məsələlərdən biri də
odur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib.
Praqa görüşündə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı
komissiyanın işinin tezliklə keçirilməsi razılaşdırılıb.Bu da Azərbaycanın maraqlarına
cavab verir. Çünki uzun müddətdir ki, Azərbaycan tərəfi sərhədlərin delimitasiya və
demarkasiyası ilə bağlı müzakirə aparırdı. Nəhayət ki, bu məqsədə də nail olunub.
Azərbaycanın növbəti dəfə diplomatik qələbə qazanmasını tam əminliklə söyləyə bilərik.
Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmamasına gəldikdə isə onu deyə
bilərəm ki, bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan
liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla tənzimlənir. Bunun da reallaşması üçün
müvafiq addımlar atılır.
Doğrudur, görüş zamanı Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın
Baş naziri Nikol Paşinyanın bir sıra başqa niyyətləri var idi. Hətta onların Azərbaycana
müəyyən təzyiq cəhdləri də istisna deyildi. Ancaq bu görüş zamanı onlar məqsədlərinə
nail ola bilmədilər. Prezident İlham Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində beş
saatdan artıq çəkən, iki hissədən ibarət olan görüşdə Azərbaycana qarşı təzyiq cəhdinin
qarşısı alındı. Sonda isə bəyanat qəbul olundu.
Praqa görüşünün nəticələri onu deməyə əsas verir ki, Azərbaycan öz
məqsədlərinə doğru inamla addımlayır.Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında
sülh müqaviləsi artıq demək olar ki, hazırlanır. Avropa, Rusiya, ABŞ da bunu
dəstəkləyir. Cənab Prezident irəli sürdüyü prinsiplərin yerinə yetirilməsi üçün qətiyyətli
mövqe ortaya qoyur və nəticələr əldə edir. Güman edirəm ki, münasibətlər bu templə
davam etsə, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.


Əliyeva Afət Rəfi qızı
 Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.23291206359863