Azərbaycan-Qırğızıstan münasibətləri yeni səviyyəyə yüksəlib
Prezident İlham Əliyevin Qırğızıstan səfəri iki ölkə münasibətlərinin inkişaf etməsi baxımından olduqca vacibdir.Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması göstərdi ki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir;
Məlumdur ki, yarım il bundan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanda rəsmi səfərdə olub. İki prezident arasında təkcə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsəti olub. Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışı var. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur. Azərbaycan xalqının böyük oğulları Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan məktəblər keçiriləcən tədbirlər buna misaldır. Qırğızların Azərbaycanın görkəmli liderlərinə, xadimlərinə, onların xatirəsinə bu cür münasibəti yüksək dəyərləndirir, bunu qardaşlığın təzahürü kimi qiymətləndirirlər. Bu gün bu qardaşlıq sözdə deyil, əməldədir.
Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və bu tərəfdaşlıq hər gün yeni məzmunla zənginləşdirilir. Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir Artıq Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadi qarşılıqlı fəaliyyətdən, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətdən, yüksək texnologiyalar sahəsində əlaqələrdən tam razıyıq. Əminik ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstanın və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq.
Elnur Azadxanov,
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...