Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Azərbaycanı dünya üçün ən əhəmiyyətli ölkələr sırasına yüksəldib”

10:46 14-10-2022 | icon 1195
Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Azərbaycanı dünya üçün ən əhəmiyyətli ölkələr sırasına yüksəldib”

“2003-cü ilin 15 oktyabrında ilk dəfə Azərbaycan Prezidenti seçilən İlham
Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf
strategiyasını qətiyyətlə davam etdirərək dərin siyasi təfəkkürü, yüksək
idarəçilik keyfiyyətləri ilə Azərbaycanı qüdrətli ölkəyə çevirib. O, üzərinə
düşən vəzifələri inamla icra etməklə sonsuz məhəbbətlə sevdiyi xalqının
nüfuzunu zirvələrə ucaldıb, gördüyü genişmiqyaslı işlərlə tarixdə dərin iz
qoyub. Onun məqsədyönlü və konkret hədəflərə istiqamətlənmiş siyasi
fəaliyyəti Azərbaycan dövlətinin müstəqilliyini daha da möhkəmləndirib,
ideoloji dayaqlarını gücləndirib. Parlaq fəaliyyətinin hər bir məqamında
dövlətimizin milli mənafeyini, xalqımızın maraq və istəklərini böyük
peşəkarlıqla təmin edib. Bu gün dünyanın xəritəsində günü-gündən hərtərəfli
inkişaf edən, iqtisadi qüdrəti durmadan artan, baş verən istənilən qlobal böhrana
sinə gərən, ordusu dünyanın ən güclü orduları sırasında yer alan güclü
Azərbaycan var. Bu nailiyyətlərin arxasında Prezident İlham Əliyevin səmərəli
fəaliyyəti, fədakar əməyi, gərigin zəhməti, dövlətinə və xalqına sonsuz sevgisi
dayanır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində
Azərbaycan vətəndaşı, onun hüquqlarının ən yüksək səviyyədə təmin edilməsi,
sosial müdafiəsinin gücləndirilməsi, normal, inkişaf etmiş, demokratik
cəmiyyətdə yaşaması dayanır: “Ölkəmizdə insanların rahat yaşaması üçün,
demək olar ki, hər cür şərait yaradılıb, sabitlik, əmin-amanlıq bərqərar olub,
ildən-ilə xalqımızın rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar
atılır. Cənab İlham Əliyevin təsdiq etdiyi 50-yə yaxın dövlət proqramı ölkə

həyatının müxtəlif sahələrində islahatların əsasını qoymaqla, inkişaf prosesində
ahəngdarlığı, yüksək dinamizmi təmin edib, ölkənin mövcud resursları keçid
dövrü üçün səciyyəvi problemlərin aradan qaldırılmasına yönəlib. İnkişaf, sosial
təminat və infrasrukturyönümlü bu layihələr, ilk növbədə, hər bir vətəndaşın
layiqli həyat tərzinin təminatına, insan hüquq və azadlıqlarının qorunmasına,
dövlət idarəçiliyinin çevik mexanizmlər əsasında həyata keçirilməsinə, bir
sözlə, vətəndaş məmnunluğuna hesablanıb”.
“Cənab İlham Əliyev iqtisadiyyatda qeyri-neft sektorunun inkişaf səviyyəsini
yüksəltməklə böyük uğurlara imza atıb. Biz bunun real nəticələrinə pandemiya
dövründə şahid olduq. Dərin böhranın yaşandığı həmin dönəmdə Azərbaycan
iqtisadiyyatı inkişaf yolunu davam etdirdi. Ardıcıl olaraq ölkəmizdə iri
infrastruktur layihələri uğurla icra edilməkdədir. Nəqliyyat sisteminin yenidən
qurulması sayəsində ölkəmizin dünyaya çıxışı təmin edilib. Artıq Azərbaycanın
tranzit imkanları genişlənib, Şərqlə Qərb arasında, Şimalla Cənub arasında
etibarlı nəqliyyat qovşağına çevrilib. Möhtərəm Prezidentimiz dərin siyasi
zəkası, praqmatik və rasional addımları ilə Azərbaycanı dünya üçün əhəmiyyətli
bir ölkəyə çevirməyi bacarıb. Artıq ölkəmiz dünyanın enerji təhlükəsizliyinin
təmin olunmasında, bu sahadə yaşanan böhranın aradan qaldırılmasında önəmli
rol oynayır. Vaxtı ilə utopik görünən nəhəng layihələr dövlətimizin başçısı
cənab İlham Əliyevin dəmir iradəsi, qətiyyəti, təşəbbüskarlığı sayəsində uğrla
icra edilib. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını biz buna misal
olaraq göstərə bilərik”, - Milli Məclisin deputatı bildirib.
“Artıq ölkəmizin iştirakı olmadan regionda hansısa layihənin icrasından söhbət
belə gedə bilməz. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan regionun lider
dövləti statusunu qazanaraq öz uğurlarını sərgiləməkdədir. Mövzusundan asılı
olmayaq keçirilən bütün regional və beynəlxalq tədbirlərə Prezidentimiz dəvət
edilir, məntiqli, dərin məzmunlu çıxışları maraqla qarşılanır, təşəbbüsləri, irəli
sürdüyü təkliflər yüksək səviyyədə dəstəklənir. O, bütün platformalarda

dövlətimizi ləyaqətlə təmsil edir, maraqlarını yüksək səviyyədə təmin edir,
mənafeyini əzmlə qoruyur”, - AHİK sədri vurğulayıb.
“Prezident İlham Əliyevin siyasi fəaliyyətinin şah əsəri Ermənistan işğalı
altında olan torpaqlarımızın azad olmasıdır. Demək olar ki, bütün istiqamətlərdə
atılan addımlar, görülən məqsədyönlü işlər Şərqi Zəngəzurun və Qarabağın
işğaldan azad olunmasına istiqamətlənmişdi. 2020-ci ilin 27 sentyabrında
başlayan Vətən müharibəsi məhz Ali Baş Komandan cənab İlham Əliyevin
qətiyyəti, xalqımızın sarsılmaz birliyi və Ordumuzun rəşadəti nəticəsində
Zəfərlə sona çatdı, ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyi bərpa
oldu. Bu qələbə minilliklərə söykənən şanlı tariximizin ən parlaq səhifəsi
olmaqla xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Qürurla deyə bilərik ki, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-ququculuq
işləri uğurla icra edilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə
əldə olunmuş nailiyyətləri təhlil etsək, aydın şəkildə görərik ki, bütun bunların
təməlində xalqın Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşməsi durur.
Məhz bu sarsılmaz birlik bizi qələbələrdən-qələbələrə daşıdı, xalqımızı
müzəffər etdi. Bu gün dövlətimizin şanı-şöhrəti bütün dünyaya səs salıb.
İnanırıq ki, xalqımız bundan sonra da cənab İlham Əliyevin ətrafında sıx
birləşərək daha parlaq gələcəyə doğru inamla irəliləyəcək”, - deputat qeyd edib.


Digər xəbərlər

0.25080013275146