Milli Məclisdə müəllimlər üçün imtahanın ləğvi təklif edildi
Milli Məclisdə müəllimlərin attestasiyadan keçirilməsinin ləğvi məsələsi gündəmə gətirilib.
Bu barədə deputat Siyavuş Novruzov qaldırıb.
O qeyd edib ki, Təhsil Nazirliyinin tərkibində Dövlət ali təhsil müəssisəsələrini qırmızı diplomla bitirən şəxslərdən müəllim işləməsi üçün yenidən attestasiyadan keçmək tələb olunur: “Dövlət bu şəxslərə bilik verib, biliyini qiymətləndirib. Onun diplomunun altından qol çəkilib, möhür vurulub. Biz həmin şəxsin 4-6 il ərzində aldığı təhsili qoyuruq bir kənara. Həmin şəxs Təhsil Nazirliyində Kadrlar İdarəsində yaradılmış komissiyadan keçməlidir. Ondan sonra qərar verilir ki, bu şəxs müəllim işləyə bilər ya yox”.
Deputat eyni zamanda təklif edib ki, müəllimlər üçün ixtisasartırma tətbiq olunsun: “Müəllimlərin, həkimlərin təkmilləşdirilməsi institutu var. Onlar yenilikləri bu institutlarda öyrənə bilər. Amma ali məktəbi bitirən müəllim işləmək üçün niyə yenidən testdən keçməlidir? Artıq başqa nazirliklər bu sistemi tətbiq etməyə başlayıb. Xaricdə belə şey olsa, Harvard Universitetini oxuyan imtahandan keçməsə, o gedib Harvard Universitetini məhkəməyə verər”.
Siyavuş Novruzov eyni zamanda müəllimlərin təyinatı məsələsinə də münasibət bildirib: “Burada oturub ya Lerikə, ya Qazaxa, ya Naxçıvana müəllim təyin etmək doğru sistem deyil. Bu sistem haradan gəlib bizə çıxıb, mən bilmirəm. Aidiyyəti strukturlar bu sistemi təkmilləşdirsə, daha yaxşı olar”.
-
“Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”
...
-
Prezident bir qrup rektoru təltif edib
...
-
Şərəfli müəllim ömrü - Aidə İsmayılova
...
-
Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdi maksimum bal toplayıb
...
-
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
...
-
ASAPES-də "Basics to spesifics" kitabının təqdimatı keçirilib
...
-
Kooperasiya Universitetinin bağlanacağı iddiası ilə bağlı - Açıqlama
...
-
Emin Əmrullayev onu müdir təyin etdi
...
-
Tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum olub
...
-
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT
...