Sanqaçalda növbəti səyyar görüş keçirildi - Fotolar

20:16 14-10-2022 | icon 2198
Sanqaçalda növbəti səyyar görüş keçirildi - Fotolar

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

 

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edib.

Keçirilmiş səyyar qəbulda 50-dən çox qəsəbə sakinləri iştirak etmişdir. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər.

 Qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 



Digər xəbərlər

0.25504302978516