Azərbaycan ədalətli sülhün tərəfdarıdır

11:49 15-10-2022 | icon 1341
Azərbaycan ədalətli sülhün tərəfdarıdır

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.

       Prezident İlham Əliyevin cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı bu və daha digər tezislərlə yaddaqalan oldu.

       Prezident göstərdi ki, hazırda Cənubi Qafqazda çox mühüm hadisələr baş verir. Ermənistan tarixi seçim qarşısındadır, Azərbaycanla sülh sazişi imzalasın, yaxud artıq bitmiş münaqişəni davam etdirməyə çalışsın. Rəsmi İrəvan yaxşı başa düşür ki, Azərbaycan üzərində qələbə çalmaq, bizə hansısa güc göstərmək tam mənasızdır. Son hadisələr də bir daha təsdiq etdi ki, İrəvan əbədi olaraq sülh sazişinə imza atmaq məsələsindən boyun qaçıra bilməz. Çünki Azərbaycan sülh müqaviləsinin imzalanması üçün aktiv siyasi təzyiqini davam etdirir. Digər tərəfdən, həm Avropaya, həm də digər dünya güclərinə Cənubi Qafqazda stabillik lazımdır.

Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.

Ölkəmizin başçısı onu da xüsusi bildirib ki, Azərbaycan Ermənistan təhdidçi mahiyyətinin yenidən hər hansı formada özünü göstərməsinə imkan tanımayacaqdır. Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistikamərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb.Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

Sədaqət Salayeva,

Cəlilabad şəhər 2 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.2560338973999