Səttar Möhbalıyev: “Füzulinin işğaldan azad edilməsi Azərbaycanın qəhrəmanlıq salnaməsində əlamətdar səhifədir”

09:52 17-10-2022 | icon 1218
Səttar Möhbalıyev: “Füzulinin işğaldan azad edilməsi Azərbaycanın qəhrəmanlıq salnaməsində əlamətdar səhifədir”

“Bu gün Azərbaycanın hərb tarixində, qəhrəmanlıq salnaməsində əlamətdar
səhifələrdən biridir. Rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi ilə iki il öncə Füzuli şəhərini işğalçılardan azad
etdi və Azərbaycan tarixində əlamətdar günlərdən birinin əsasını qoydu.
Düşmən uzun illər burada xeyli möhkəmlənmişdi, güclü müdafiə xətti
qurmuşdu və elə hesab edirdi ki, “keçilməz”dir. Amma yenilməz Ordumuz bir
həmlə ilə həmin istehkamları məhv etdi. Bu uğurlar Azərbaycan Silahlı
Qüvvələrinin gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Hər gün
xalqımız cəbhədən gələn xəbərlərin sevinci ilə yaşayırdı. Rayon mərkəzlərinin,
şəhərlərin işğaldan azad olunması xalqda xüsusi əhval-ruhiyyə yaradır, qələbəyə
olan inamı daha da möhkəmləndirirdi. Cəbrayıldan sonra Füzuli şəhərinin azad
olması Zəfərə gedən yolda növbəti hədəflərimiz üçün son dərəcə əhəmiyyətli
oldu”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Həmçinin qeyd etmək yerinə düşər ki, Füzuli şəhərinin azad olunmasının
əməlyyat planı spesifikliyi ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin
gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu
qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq.
Və bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın
hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün bir çox ölkənin hərbi
məktəblərində maraqla öyrənilir. Təbii ki, bu cür qələbələr asan qazanılmır. Bu
yolda qəhrəman oğullarımız şəhid oldu, Vətən, torpaq uğrunda şirin canlarından
keçdilər. Onların bir amalı var idi - torpaqlarımızı təcavüzkarlardan təmizləmək.
Xalqımız qəhrəman şəhidlərimizi heç vaxt unutmayacaq, onları hər zaman dərin

2

ehtiramla yad edəcək. Onlar həm də gələcək nəsillərə qəhrəmanlıq məktəbi
ötürdülər, Vətən uğrunda döyüşməyi, bu yolda hətta ölümə belə hazır olmağı
miras qoydular. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Füzuli rayonunun
azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz
tərəfindən yüksək qiymətləndirildi. Prezident, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət
nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25301 hərbi qulluqçusu “Füzulinin
azad olunmasına görə” medalı ilə təltif olundu”, - Milli Məclisin deputatı deyib.

“Digər işğaldan azad edilmiş ərazilərimizdə olduğu kimi, Füzuli rayonunda da
abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Bütün bu işlər sistemli və plana
uyğun aparılır. Onu da qeyd edim ki, Füzuli azad edilmiş rayonlar arasında
minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox
mina basdırılıb. Təbii ki, bu da quruculuq işlərində müəyyən əngəllər törədir.
Burada da aparılan bütün işlər dövlətimizin başçısının nəzarəti altındadır.
Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən
işlərlərlə tanış olur. Vətən müharibəsi başa çatandan bu yana Prezidentimiz
rayonda 9 dəfə səfərdə olub, təməlqoyma və açılış mərasimlərində şəxsən özü
iştirak edib. Yeri gəlmişkən, xatırladım ki, Qarabağın hava qapısı adlandırılan
Füzuli Beynəlxalq Hava Limanı bu gün fəaliyyətdədir. Qısa müddətdə - cəmi 8
ay ərzində müasir tələblərə tam cavab verən belə bir aeroportun inşa edilməsi
dövlətimizin iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni
nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi
inkişafına təkan verəcək. Həmçinin dost və qardaş Türkiyənin Prezidenti cənab
Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirak etməsi bu hadisənin nə
qədər əhəmiyyətli və tarixi xarakter daşıdığını göstərir”, - S.Möhbalıyev qeyd
edib.

3

AHİK sədri əminliklə ifadə edib ki, Füzuli rayonu yaxın zamanlarda
Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevriləcək, oranın yerli
sakinləri öz ata-baba yurdunda əbədi olaraq xoşbəxt yaşayacaq.


Digər xəbərlər

0.26697397232056