Sosial rifah amili

10:06 18-10-2022 | icon 1065
Sosial rifah amili

Bu gün sosial rifah amili dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət
Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-
siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində
Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və
xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və
xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü
yüksəlişə və inkişafa nail olub.
Ümummilli lider Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi
azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə
bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə
sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə Öz fəaliyyəti ilə Heydər Əliyev
ideyalarının layiqli davamçısı olduğunu bir daha təstiq etmişdir.
Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili
üzərində qurulub və bunun nəticəsi olaraq regionların inkişafına yönələn proqramlarda
sosial təyinatlı obyektlərin tikilməsi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir.
Xususi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin daxili siyasət kursunun
çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, Prezident
İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat
şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət
quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox
sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin
artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata
keçirilməsinə zəmin yaradıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan
edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". fikirlərini söyləyən ölkə
Prezidenti İlham Əliyev əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman
mühüm addımlar atır.
Azərbaycan son  illər ərzində Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində
hərtərəfli inkişaf yolu keçib. Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri
qeydə alınmasın. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli
uğurlar qazanılıb. Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır. Regionların
davamlı sosial-iqtisadi inkişafı təmin edilib, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri
genişlənib və sosial məsələlər uğurla həll olunub.
Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndərin,
dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli
inkişafı Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın sosial dövlət
quruculuğu modeli dünyanın bir çox siyasi institutlarında maraqla öyrənilməkdədir. Ölkə
əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm
prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş,
əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının
artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Azərbaycan regionun ən perspektivli
ölkəsinə çevrildi. Sosial dövlətdə daxili siyasətin mərkəzində insan amili dayanır.
İnsanın sağlam, xoşbəxt və sosial rifah halında həyat sürməsi dayanır. Uşaqlara qayğı,
gəncliyə dəstək, Azərbaycanın rəqabətqabiliyyətli, müasir düşüncə, mədəniyyət və elm
çağırışlarına layiqincə cavab verə biləcək kadr potensialının hazırlanması dövlətimizin

sosialyönümlü siyasətinin mühüm tərkib hissəsidir. Hər bir Azərbaycan vətəndaşı
ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu. Sosial infrastruktur
layihələrinə önəm verilməsi. Azərbaycanın sosial dövlət quruculuğu strategiyasının ana
xətti olaraq əhalinin sosial-mədəni ehtiyaclarının yüksək səviyyədə qarşılanması
siyasəti nəzərdə tutulmuşdur. İndi ölkəmizin qarşısında mühüm vəzifələr durur. Qarşıda
dayanan əsas vəzifə isə işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz
doğma yurdlarına qayıtmasıdır. Şübhə yoxdur ki, Azərbaycan dövləti Prezident cənab
İlham Əliyevin rəhbərliyi ilə bu mərhələni də uğurla həyata keçirəcək və müstəqil
ölkəmiz Ümummilli lider Heydər Əliyev ideyaları əsasında daha da inkişaf edərək yeni-
yeni zəfərlər qazanacaq. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət
idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi
inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter
daşıması bir daha təsdiq etdi ki, dövlət Başçısı tərəfindən verilən vədlər sözdə deyil,
əməldə öz təsdiqini tapır. Artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən
ölkələr sırasındadır. Müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər
Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident cənab İlham Əliyev
tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha
da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək. Bu gün tam əminliklə
demək olar ki, sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir və dövlətin
yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Niyaz Həsənov
Saatlı rayonu Sımada kənd tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.2928409576416