Azərbaycan Ermənistanın havadarlarını  da məğlub edir

09:34 19-10-2022 | icon 897
Azərbaycan Ermənistanın havadarlarını  da məğlub edir

Məlum olduğu kimi, Ermənistan, ərazisində tarixən məskunlaşan azərbaycanlılara məxsus tarixi, mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misli görünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə yeksan edib, qəbirstanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki azərbaycanlı izlərini tamamilə silməyə çalışıb. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub.

      2020-ci il noyabrın 25-də Fransa senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu bir daha bu ölkənin Ermənistanın işğal siyasətinə dəstək verməsinin aydın sübutu oldu. Belə bir qətnamənin qəbulu beynəlxalq hüquqa olan hörmətsizliklə yanaşı, Fransanın siyasi rüsvayçılığı idi. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, üçtərəfli Bəyanata qısqanclıqla yanaşan Fransa parlamentinin təxribatçı və utancverici addımı idi. Bu baxımdan Azərbaycan ərazilərində qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan ərazilərini tərk edən zaman infrastruktura, abidələrə, ətraf mühitə zərər vurub. Bu, nifrət zəminində törədilmiş cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində indiyədək Ermənistanın aidiyyəti qurumları tərəfindən heç bir addım atılmayıb. Bunun səbəbi, Azərbaycan irsinin məhv edilməsi siyasətinin Ermənistanda dövlət səviyyəsində aparılmasıdır.

        Ermənistan Azərbaycan torpaqlarından qanunsuz silahlı dəstələrini çıxarmalı və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsinə maneəsiz girişi təmin etməlidir. Ümid edirik ki, qarşı tərəf Azərbaycanın bu istəyini düzgün anlayar və öz işğalçı niyyətindən əl çəkər. Çünki bu, Ermənistanın imzaladığı üçtərəfli bəyanatdan irəli gələn öhdəliyidir. Əks halda 44 günlük Vətən müharibəsində bütün xalqın sinvoluna çevrilmiş “Dəmir yumruq” öz sözünü yenə deyəcək. Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçlik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir.

  Aydın Hüseynov,

Cəlilabad şəhər sakini,


Digər xəbərlər

0.23061800003052