Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir

22:40 22-10-2022 | icon 763
Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir

       Tarixi qəhrəmanlıq salnamələri ilə şöhrət qazanmış Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Buna Qarabağın, onun səfalı guşəsi olan Qubadlının azad olunması da yaxşı bir stimul oldu. Başqa sözlə, Qubadlının azad olunması isə döyüşlərin həlledici nöqtəsi oldu.

      Qeyd edək ki, Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurulmuşdu. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb.

Qarabağ müharibəsində Qubadlı, ümumilikdə, 238 şəhid verib, 146 nəfər əlil olub. Rayonun işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb, hər yeri viran qoyublar.

O günlərin şahidləri yaxşı xatırlayırlar ki, bütün Azərbaycan xalqı ordumuzdan Qubadlının azad edilməsini gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin oktyabrın 25-də bunu bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün mühüm pilləsi oldu. Qubadlının azad edilməsi ilə Ermənistan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya, məğlubiyyət aktına imza atmaqdan başqa çarə tapmadı.dı. Bu imza dünya ailəsində atılmış ən möhtəşəm imzadır, deməli, Azərbaycan bundan sonra da daim sayılıb-seçilən ölkələrdən biri kimi planetin üzərində söz sahibi olacaq, daha da şöhrətlənəcək.

       Deyirlər ki, haqq nazilər, amma üzülməz. Ermənistan törətdiyi bütün cinayət əməllərinə görə cavab verməlidir.

İlqar Həsənov,

Göytəpə bələdiyyəsinin sədri


Digər xəbərlər

0.28903079032898