Aslanov Elşən Alxas oğlunun şəhid olduğu gündən 2 il keçir

10:36 24-10-2022 | icon 1257
Aslanov Elşən Alxas oğlunun şəhid olduğu gündən 2 il keçir

23.10.2022-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Aslanov Elşən Alxas oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
   Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

  Mərasim iştirakçıları tərəfindən Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş, sonra isə Şəhidin məzarı önünə gül dəstələri qoyulmuşdur

   Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirmiş  və  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.
   Sonda şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildiriblər.

Aslanov Elşən Alxas oğlunun şəhid olduğu gündən 2 il keçir
Aslanov Elşən Alxas oğlunun şəhid olduğu gündən 2 il keçir
Aslanov Elşən Alxas oğlunun şəhid olduğu gündən 2 il keçir

Digər xəbərlər

0.21516108512878