Bakı kəndləri arasında futbol turnirində qrup mərhələsi yekunlaşdı - Fotolar

16:27 24-10-2022 | icon 988
Bakı kəndləri arasında futbol turnirində qrup mərhələsi yekunlaşdı - Fotolar

Gənclər və İdman nazirliyi, AFFA və Bakı Abadlıq xidmətinin birgə təşkil etdiyi Bakı kəndləri arasında futbol turnirində qrup mərhələsinin 3-cü turuna yekun vurulub. İkinci yarış günündə 8 oyunda qapılara 41 qol vurulub.

Ən böyük hesab Fatmayı-Məmmədli görüşündə qeydə alınıb. İkincilər 10-1 hesablı qələbə qazanıb. Maştağa Nardaranı 3-1, Kürdəxanı isə Pirşağı komandasını 7-0 hesabı ilə məğlub edib. Masazır Biləcərəyi uduzub 3-6. Saray komandası Binəqədi ilə bacarmayıb0-4. Sabunçu-Ramana, Balaxanı Zabrat görüşləri 1-1 hesabı ilə yekunlaşıb. Mehdiabad komandası Aşağı Güzdəkin qapısından 2 cavabsız top keçirib. Qeyd edək ki, yarışlara ümumilikdə 2010-2011-ci il təvəllüdlü 250-dən çox uşaq cəlb olunub. 8 qrupda keçirilən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.

 

 




 


Digər xəbərlər

0.28323793411255