Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb
Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisi çərçivəsində Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirlə görüşüb.
Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, daha da genişləndirilməsi və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. Görüş konstruktiv və anlaşma şəraitində keçib.
Mədət Quliyev tədbir çərçivəsində Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...