Tarixi ənənələrə söykənən əməkdaşlıq

16:12 26-10-2022 | icon 2839
Tarixi ənənələrə söykənən əməkdaşlıq

Azərbaycan və gürcü xalqları tarix boyu dostluq və sülh şəraitində yaşayıblar. Biz tarixin bütün mərhələlərində bir-birimizə dəstək göstərmişik. Bu gün iki ölkə arasında münasibətlər strateji tərəfdaşlığa çevrilib. İki ölkə arasındakı dövlətlərarası əlaqələr münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar.
       Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili söyləyib ki,  ki, Heydər Əliyevin əziz xatirəsi gürcüstanlıların daim qəlbindədir və daim böyük ehtiramla yad edilir. “Ümummilli Lider həm də qonşu dövlətlərlə ən yüksək səviyyədə qurulan münasibətlərin banisidir. Azərbaycanın adını, nüfuzunu daim yüksəklərə qaldıran Ulu Öndər zamanında yürütdüyü düzgün, məqsədyönlü siyasətlə sözün həqiqi anlamında gələcək əməkdaşlıq və müttəfiqlik üçün əsaslı bünövrə qoyub, zəmin yaradıb.

Əsrlər boyu birgə yaşamış xalqlarımız istər beynəlxalq, istərsə də regional təşkilatlarda həmişə bir-birini dəstəkləyib. Onlar ikitərəfli və üçtərəfli diplomatik formatda regional əməkdaşlıq üçün yeni platforma yaratmağa nail olublar. İndi yeni bir regional əməkdaşlıq formatı da yaradıla bilər.

       İki ölkə arasında mədəni-humanitar sahədə tarixən və bu gün çox sıx və inteqrativ əlaqələr qurulub. Turizmdən tutmuş, digər mədəni mübadilələrə qədər müxtəlif sahələrdə əlaqələr sistemi də mövcuddur. Səfər proqramına Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisinin ziyarət olunmasının salınması və bu zaman Baş nazir İrakli Qaribaşvilinin Prezident Əliyevi müşayiət etməsi rəsmi Tiflisin siyasi mesajı, Azərbaycanın ərazi bütövlüyünə hörməti və İlham Əliyevə münasibəti kimi qiymətləndirilib, daha sonra hər iki liderin gürcü xalqının milli adət və ənənələrinin nümayiş etdirildiyi tədbirə qatılması da diqqət çəkib.

       Ümumiyyətlə, Prezident İlham Əliyevin Gürcüstana növbəti səfəri olduqca maraqlı və əlamətdar hadisələrlə yadda qaldı. Səfərin yekunları ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi, eyni zamanda, strateji əlaqələrin yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Günel Məmmədova,

Cəlilabad şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri


Digər xəbərlər

0.32491683959961