Soçidə qəbul olunmuş Bəyanat sülhyaratma prosesinə yönəlib

14:59 02-11-2022 | icon 754
Soçidə qəbul olunmuş Bəyanat sülhyaratma prosesinə yönəlib

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 31-də Soçidə imzaladıqları üçtərəfli bəyanatda mühüm çağırışlar var. Baş verən proseslər Soçi görüşündən sonra daha mürəkkəb mərhələyə qədəm qoyur. İndiyə kimi Rusiya prosesi nəzarət altında saxlayırmış kimi görünməyə çalışır və astagəllik edirdi. Hesab edirəm ki, bütövlükdə proseslər Rusiyanın nəzarətindən çıxmayacaq və Soçi prosesi kimi tarixə daxil olacaq. Buna görə də bəyanatda kompromislərə və qarşılıqlı güzəştlərə çağırış var.

        Beynəlxalq aləm işğalçının kim olduğunu, kimin qonşu dövlətin ərazisinə soxulduğunu yaxşı bilir. Azərbaycan düz iki ildir ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya edilməsinin təşəbbüskarı kimi çıxış edir, lakin işğalçı dövlət bundan yayınır və mövcud dövlət sərhədimizdə bilərəkdən gərginlik yaradır. Lakin bununla heç nəyə nail ola bilməyəcəyini də dərindən dərk edir. Sadəcə, ortada olan revanş xisləti bu ölkəni belə bir yol tutmağa sövq edir. Şərtlərə əməl etmək lazımdır və Paşinyan həmin şərtlərə əməl etməsə, bu ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər.

        Ümumilikdə Azərbaycan  Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Vladimir Putinin vasitəçiliyi ilə  Prezident İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünü növbəti faydalı addım, ölkəmizin Ermənistanın tarixi Zəfərimizdən sonra adi hal alan  təxribatlarının iflasa uğradığının etirafı kimi dəyərləndirə bilərik. Rusiya  Azərbaycan  ilə Ermənistan  arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək.

       Üçtərəfli görüşdə  Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu. İlham Əliyev Soçidə bir daha bəyan etdi ki, sülh müqaviləsinin yalnız Azərbaycanın irəli sürdüyü beş əsas prinsip əsasında imzalanması mümkündür. Qəbul edilmiş bəyanatda Qarabağ ifadəsi yoxdur, Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb.  Ölkəmiz Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdardır.

 Azad Cəfərov,

Cəlilabad rayon Sabirabad kənd 2 nömrəli

tam orta məktəbin direktoru

 

 


Digər xəbərlər

0.24070405960083