Səttar Möhbalıyev: “Azərbaycan İslam həmrəyliyi naminə hər zaman səylə çalışıb”

18:55 02-11-2022 | icon 1051
Səttar Möhbalıyev: “Azərbaycan İslam həmrəyliyi naminə hər zaman səylə çalışıb”

“Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf
edən Azərbaycanın beynəlxalq münasibətlər sistemində əhəmiyyəti durmadan
artmaqdadır. Bu sahəni – beynəlxalq münasibətləri həm nəzəri, həm də empirik
baxımdan dərindən bilən Prezident İlham Əliyev iştirak etdiyi bütün regional və
beynəlxalq tədbirlərdə dövlətimizin maraqlarını əsas tutaraq ölkəmizi layiqincə
təmsil edir. Oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin və
Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə ölkəmizin daha bir
diplomatik uğrunun müəllifi olan dövlətimizin başçısı növbəti gün Ərəb
Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri
qismində və Sammitin fəxri qonağı statusunda iştirak edib. Prezidentimizin bu
ali tədbirə dəvət olunması, çıxışının maraqla dinlənilməsi ölkəmizin dünyada
artan nüfuzunu, onun liderinin şəxsi hörmətini və qlobal təşəbbüslərinin
əhəmiyyətini göstərir. Həmçinin dövlətimizin düzgün müəyyən edilən
balanslaşdırılmış xarici siyasəti, hər zaman etibarlı tərəfdaş mövqeyini qoruyub
saxlaması müttəfiqlərimizin və dostlarımızın sayını xeyli artırıb, ölkəmizin
beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, uzun illər davam etmiş Ermənistanın işğal siyasətini, bu
illər ərzində törədilən vəhşilikləri tədbir iştirakçılarının diqqətinə çatdıran
Prezidentimiz Azərbaycanın haqq savaşında artıq işğala son qoyduğunu bildirib:
“Ölkəmiz hər zaman sabitliyin və təhlükəsizliyin tərəfdarı olub, qonşuları ilə
dostluq münasibətlərinə üstünlük verib, Prezidentimiz sülhsevər siyasəti ilə

dünyada diqqət çəkib. Heç də təsadüfü deyil ki, Ermənistanın işğal siyasətinə
məruz qalan ölkəmiz uzun müddət danışıqalar prosesinə sadiq qaldı,
münaqişənin bu yolla həllinə çalışdı. Təəssüflər olsun ki, üzləşdiyi ikili
standartlar buna mane oldu. BMT-nin münaqişə ilə bağlı məlum qətnamələri
təsirsiz qaldı, icrası təmin edilmədi. Həmçinin münaqişənin həlli ilə məşğul olan
qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilmədilər. Amma Azərbaycan və
onun lideri qətiyyətli mövqe ortaya qoyaraq ərazi bütövlüyünü təmin etdi.
Dövlətimizin başçısı Zirvə toplantısında Ermənilərin mədəni-dini abidələrimizi
məhv etdiyini iştirakçılara çatdırdı. Təbii ki, bu son dərəcə vacib amildir,
müsəlman dövlətləri Ermənistanın islamofob xislətini tanımalıdır. Onlar
məscidlərimizdə donuz saxlamaqla və bunun fotolarını çəkib yaymaqla bütün
müsəlmanların heysiyyətinə toxunublar. Belə vəhşiliklərin dünyada bənzəri
yoxdur”.
“Zirvə toplantısında Prezidentimizin ifadə etdiyi kimi, Azərbaycan İslam
həmrəyliyi üçün xeyli önəmli işlər görüb. Müsəlman dünyasının əsas
ölkələrindən biri olaraq Azərbaycan tarixən İslam mədəniyyətinin tərəqqisinə,
dəyərlərinin dünyada təbliğinə misilsiz xidmətlər göstərmişdir. Heç də təsadüfi
deyil ki, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam
mədəniyyətinin paytaxtı elan olundu. Eləcə də 2017-ci ildə IV İslam Həmrəyliyi
Oyunlarının Bakı şəhərində təşkil olunması ölkəmizin İslam həmrəyliyinin
möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlarının bariz nümunəsidir.
Bundan başqa, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” oldu, bir sıra
əhəmiyyətli tədbirlər keçirildi. Bütün bunlar müsəlman ölkələrinin və
xalqlarının biri-birinə daha da yaxınlaşmasında, münasibətlərin
möhkəmlənməsində və genişlənməsində, həmrəyliyə nail olunmasında
əlamətdar addımlardır”, - Milli Məclisin deputatı deyib.

AHİK sədri əlavə edib ki, Prezident İlham Əliyevin Zirvə tolantısında
səsləndirdiyi fikirlər bir daha Azərbaycanın sülh və sabitlik tərəfdarı olduğunu,
qlobal təşəbbüslərinin ədalət prinsiplərinə əsaslandığını göstərdi.


Digər xəbərlər

0.23721385002136