Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinin püşkatma mərasimi oldu - Fotolar
Noyabrın 4-də Bakıda start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Tədbirdə Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.
Mərasimin əvvəlində BCF-in təhsil və kouçinq direktoru Mohamed Meridja Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin adından bütün iştirakçıları salamlayıb. M.Meridja tədbirin təşkilində göstərdiyi səylərə görə ACF-ə minnətdarlığını bildirib, turnirin yüksək səviyyədə keçəcəyini əminliklə vurğulayıb.
Sonra Gənclər və İdman nazirinin müavini Mariana Vasileva bildirib ki, Azərbaycan artıq mötəbər turnirlərə ev sahibliyi edən ölkə kimi tanınır. Onun sözlərinə görə, “Böyük dəbilqə” turniri “Paris-2024” olimpiadasına lisenziyalı xalları qazandırmaq baxımından vacib turnir hesab olunur.
BCF-in hakimlərinin baş direktoru Daniel Laskau turnirin ədalətli və cüdo qaydalarına uyğun keçəcəyinə əmin olduğunu deyib.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Beynəlxalq Cüdo Federasiyasına, Azərbaycan Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə təşəkkürünü bildirib və yarışa dünyanın ən güclü idmançılarının qatılmasını qürurverici hal kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan Cüdo Federasiyası Beynəlxalq Cüdo Federasiyası ilə birgə turnirə yüksək səviyyədə hazırlaşıb.
Mərasim zamanı BCF-in tədbirlər direktoru Lisa Allan Bakıdakı “Böyük dəbilqə” turniri haqqında məlumat verib və püşkatma mərasiminə start verilib.
Qeyd edək ki, turnirdə 61 ölkədən 400 yaxın idmançı iştirak edəcək. Azərbaycan milli yığması isə turnirdə 37 idmançı ilə təmsil olunacaq.
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...