Qaradağda şəhid ailələri ziyarət edildi - Fotolar

19:04 03-11-2022 | icon 1283
Qaradağda şəhid ailələri ziyarət edildi - Fotolar

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən şəhid Rövşən İbrahim oğlu Əliyevin, şəhid Pünhan Nəsir oğlu Abbasovun, şəhid Ağabəy Zaur oğlu Məmmədquliyevin, şəhid Şaiq Namiq oğlu Kəlbiyevin, Şəhid Yunis Rafiq oğlu Surxayevin, şəhid Rəşad Arif oğlu Abdullayevin, şəhid Ramal Məhəmməd oğlu Məmmədovun, şəhid Elnur Dönməz oğlu İbrahimovun, şəhid Ələddin Əlizaman oğlu Xəlilovun,  şəhid Tofiq Dadaş oğlu Kərimov, Şəhid Tural Rauf oğlu Həsənovun, şəhid Anar Sahib oğlu Nağıyevin ailələri ziyarət edib.

Görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilib, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunub.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.   

 

 





Digər xəbərlər

0.25383114814758