“İkinci, üçüncü avtomobili biz sifariş verdik, tezliklə alacağıq” - İlham Əliyev - Video

20:22 04-11-2022 | icon 1357
“İkinci, üçüncü avtomobili biz sifariş verdik, tezliklə alacağıq” - İlham Əliyev - Video

 Prezident İlham Əliyev bu gün Türkiyənin vitse-prezidenti Fuat Oktayı qəbul edib.

Türkiyənin “Haber Global” telekanalı görüşdən reportaj hazırlayıb.

 

Reportajda qeyd olunur ki, tərəflər görüş zamanı bir sıra məsələlərlə yanaşı, Türkiyə istehsalı olan “TOGG” avtomobilləri ətrafında da fikir mübadiləsi aparıb.

Prezident İlham Əliyev Türkiyədən iki ədəd “TOGG” avtomobili sifariş verdiyini də xatırladıb: “İkinci, üçüncü avtomobili biz sifariş verdik. Tezliklə alacağıq. Bu, böyük bir uğurdur. Dünya miqyasında belə bir avtomobil istehsal edən ölkələrin sayı çox deyil”.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevin Türkiyə istehsalı olan “TOGG” avtomobili istədiyini açıqlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti xanımı Əminə Ərdoğanla birlikdə “TOGG” avtomobilini sınaqdan keçirib. Ərdoğan tədbir zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək.

 

 
 
 

Digər xəbərlər

0.26969504356384