İcra başçısı şəhid ailələrini ziyarət etdi - Fotolar

20:26 04-11-2022 | icon 939
İcra başçısı şəhid ailələrini ziyarət etdi - Fotolar

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən şəhid ailələri ziyarət olunub.

Görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilib, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunub. 

Həmçinin Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çeyildağ qəsəbəsində 1994-cü ildə şəhid olmuş Səyavuş Əlimurad oğlu Muradovun büstünü ziyarət etdikdən sonra Çeyildağ qəsəbə sakinləri ilə səyyar görüş keçirib. 

 

Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbula 60-ə yaxın qəsəbə sakinləri qatılıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinləyib. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi müraciətlər yerindəcə həll edilib.

 

 








Digər xəbərlər

0.21194911003113