Fazil Məmmədovun cənazəsi Bakıya gətirildi

09:28 05-11-2022 | icon 1213
Fazil Məmmədovun cənazəsi Bakıya gətirildi

Türkiyədə xəstəxanada vəfat edən sabiq vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

Eks-nazir bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsini icra edib. O, eyni zamanda 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub. 

Bir neçə il əvvəl F. Məmmədovun qaraciyər sirrozuna tutulduğu haqda xəbərlər yayılsa da, onun pankreatitdən (mədəaltı vəzin iltihabı) əziyyət çəkdiyi məlum olmuşdu. Keçmiş nazir Türkiyədə müalicə alırdı.


Digər xəbərlər

0.24933004379272