AHİK İcraiyyə Komitəsi bəyanat yayıb

16:48 05-11-2022 | icon 1060
AHİK İcraiyyə Komitəsi bəyanat yayıb

Noyabrın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)
İcraiyyə Komitəsinin 8 Noyabr - Zəfər Günü ilə əlaqədar iclası keçirilib.
Tədbir Vətən uğurunda canından keçən oğul və qızlarımızın əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə
olunmuş Qələbədən, effektiv ordu quruculuğundan, işğalın acı fəsadlarından,
xalq və ordu birliyindən, qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılarına
ayrılan ali diqqətdən, qazilərə, şəhid ailələrinə dövlət tərəfindən göstərilən
qayğıdan bəhs edib.
S.Möhbalıyev həmçinin Azərbaycan həmkarlar ittifaqlarının müharibə
dövründə fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, postmüharibə dövründə
şəhid ailələrinə, qazilərə, eləcə də müharibə veteranlarına göstərdiyi maddi-
mənəvi dəstəkdən danışıb.
Digər çıxış edənlər Azərbaycan hərbçilərinin şücaətindən, şanlı döyüş yolundan,
Şuşanın azad edilməsində göstərdikləri rəşadətdən söz açıblar.
Sonda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin bəyanatı
qəbul olunub.
Bəyanatda deyilir:
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələrinin işğalı
altında olan torpaqlarımızı azad etməsindən, tarixi ədalətin bərqərar olmasından,
beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpasından iki il ötür.
Dövlətimizin başçısı cənab İlham Əliyevin peşəkar sərkərdəlik məharəti,
qətiyyəti, polad iradəsi, rəşadətli və yenilməz Ordumuzun qəhrəmanlıqları,
müdrik xalqımızın sarsılmaz birliyi sayəsində cəmi 44 günə şanlı döyüş yolu
keçərək parlaq Zəfərə qovuşduq. Bu gün Azərbaycan güclü və qalib dövlət kimi
dünyada öz mövqelərini möhkəmlədib. Hazırda Azərbaycan dövləti yalnız öz

gücü hesabına işğaldan azad edilmiş şəhər və rayonlarını, kəndlərini yenidən
qurur, sürətli və planlı şəkildə abadlıq-quruculuq işləri həyata keçirir. Artıq
bölgədə əvvəlkindən fərqli olaraq bütün Cənubi Qafqazın və ümumilkdə
regionun hərtərəfli inkişafına təkan verəcək Azərbaycanın müəllifi olduğu yeni
reallıqlar hakimdir. Bu, sabitliyə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa, iqtisadi
inkişafa xidmət edəcək yeni vəzifələrdir ki, Ermənistanın bununla barışması
onların əmin-amanlıq şəraitində yaşaya bilməsi üçün son dərəcə vacibdir.
Azərbaycan münasibətlərin normallaşmasına, iki ölkə arasında sülh
müqaviləsinin imzalanmasına, milli maraqlar çərçivəsində hətərəfli əməkdaşlığa
çalışır. Ermənistan tərəfi də yaranmış yeni reallıqları dərk etməli, ortaya konkret
mövqe qoymalı, qalib Azərbaycanın sülh çağırışlarına adekvat cavab
verməlidir. Bütün bunlar Azərbaycanın suverenliyi, təhlükəsizliyi, beynəlxalq
səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həyata
keçirilməlidir”.

AHİK-in üzv təşkilatları
1. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
2. “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası
3. “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası
4. “Metal-iş” Həmkarlar İttifaqı Federasiyası
5. Aviasiya İşçiləri Həmkarlar İttifaqı 
6. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
7. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı 
8. “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
9. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı 
10. Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı 
11. Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı 
12. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar
İttifaqı 

13. Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
14. Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı 
15. Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
16. “İnşaat-İş”  Həmkarlar İttifaqı
17. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı 
18. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı 
19. Metropoliten İşçiləri Həmkarlar İttifaqı 
20. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı 
21. Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı 
22. Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı 
23. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı 
24. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı 
25. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
26. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
27. Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar
İttifaqı


Digər xəbərlər

0.2518150806427