Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Bakı İdman Sarayındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, həmçinin UWW Avropanın prezidenti Karl-Martin Ditman iştirak ediblər.
Yarış haqqında məlumat verildikdən sonra Fərid Qayıbov çıxış edib. Qonaqları salamlayan nazir güləşin Azərbaycanda ən məşhur idman növlərindən biri olduğunu vurğulayıb: "Bu növdə kifayət qədər yaxşı nəticələrimiz var. Azərbaycan Güləş Federasiyası da çox fəaldır. Dünya Kubokunun təşkilatçılığı da bunu deməyə əsas verir. Dövlətin güləşə və idmana qayğısı var. Dünən Bakıda cüdo üzrə Böyük Dəbilqənin açılışında iştiraş etdik. Bu gün isə başqa irimiqyaslı turnir başlayıb. İdman daim dövlətimizin və Prezidentin diqqətindədir. Bu yarışda və gələcəkdə digər turnirlərdə mübarizə aparacaq idmançılarımıza uğurlar arzulayıram".
Karl-Martin Ditman yarışın əhəmiyyətindən danışıb və UWW prezidenti Nenad Laloviçin adından salamlarını çatdırıb.
Daha sonra açılış mərasimi bədii hissə ilə davam edib. İlk olaraq meydana Azərbaycanın, daha sonra isə digər ölkələrin bayraqları gətirilib.
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...