Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

10:34 08-11-2022 | icon 1004
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını
təbrik edib.
Təbrikdə deyilir:
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla qalib
xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin
Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı 8 Noyabr – Zəfər Günü
münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoş
və firavan həyat, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram.
İki il öncə - 2020-ci ildə Vətən övladları yenilməz sərkərdə cənab İlham
Əliyevin rəhbərliyi ilə uzun illər Ermənistan işğalı altında olan torpaqlarımızı
böyük qəhrəmanlıqlar göstərərək azad etdi. Bu tarixi Qələbə təkcə torpaqların
geri qaytarılması deyil, həm də milli ləyaqətimizin, qürurumuzun təntənəsidir.
Bu gün Şərqi Zəngəzurda və Qarabağda üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımız
əzəmətlə dalğalanır.
Sərkərdəlik məharəti, qətiyyəti və polad iradəsi ilə xalqımıza parlaq Zəfərin
sevincini yaşadan müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, yüksək
döyüş ruhu və əzmkarlığı ilə düşməni məhv edən qüdrətli ordumuzun əsgər və
zabitlərinə sonsuz təşəkkür edirəm.
Vətən uğurunda canından keçən oğul və qızlarımızı dərin ehtiramla yad edir,
onların valideyinlərinə və ailələrinə səbir diləyirik.
Əziz həmvətənlər, bir daha Sizi bu əlamətdar bayram münasibətilə ürəkdən
təbrik edir, günü-gündən inkişaf edən qüdrətli dövlətimizin ətrafında daha da
sıx birləşməyə səsləyirəm.
Bayramınız mübarək olsun!”.


Digər xəbərlər

0.24677586555481