Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir

10:32 10-11-2022 | icon 802
Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair
şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi
edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun
dəvəti ilə tədbirin açıliş mərasimində Fəxri qonaq statusunda iştirak edib.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əiyevi ,Zirvə toplantısında
iştirak edən dövlət və hökümət başçılarını ,nümayəndə heyətinin rəhbərlərini
qarşıladı.
Tunis Respublikasının Prezidenti Kays Sayid Zirvə toplantısını açaraq çıxiş
etdi,təşkilata sədirliyi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
Abdelmacid Tebbuna təhvil verdi.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun və Ərəb dövlətləri Liqasının Baş katibi
Əhməd Əbul Qeyt çıxiş etdilər.
Sonra söz Prezident İlham Əliyevə verildi.
Prezident İlham Əliyevin çıxişı.
İlk növbədə ,mən Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının Baş katibinə
dəvətə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Bunu dostluq və qardaşlıq
əlaməti hesab edirəm.Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz
arasındakı birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir.Əlcəzairi belə bir
gündə ,Milli Azadlıq Günündə ziyarət etmək məndə xüsusi məmnunluq
doğurur.Mən Əlcəzair Prezidentini və bütün Əlcəzair xalqını Azadlıq Günü
münasibətilə təbrik edirəm.
Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri
var.Bu yay mənə Baş katib cənab Əbul Qeyti Bakıda qəbul etmək şərəfi nəsib olub.
Biz gələcək əməkdaşliğımız barədə geniş söhbət apardıq.Azərbaycan 2006-cı ildən
təşkilatın müşahidəçı statusunda üzvüdur və biz əməkdaşliğimizı genişləndirmək
istəyirik.
Bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin
eyni zamanda , bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı
münasibətlərimiz var.

Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa önəm
veririk.Biz aramizda olanolan qarşıliqli dəstəyi və həmrəyliyi yüksək
qiymətləndiririk.
Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman
qardaşlarimiza oz dəstəyini əsirgəməmişdir.Bİz İslam həmrəyliyinə kifayət qədər
töhvə vermişik.2017-ci il Azərbaycanda «İslam Həmrəyliyi İli» elan edilmiş və
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəxalq arenada mühüm rol
oynayir.
!20 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük
beynəlxalq təsisatdir.
Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti ,Qoşulmama
Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz
həmrəyliyimizi ,birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni
edəcəyik.

Paşayeva Asiman
Saatlı Rayon Bəylər kənd ümumi orta məktəbin müəllimi


Digər xəbərlər

0.27441096305847