Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti 200 ildən çox davam etmişdir

10:33 10-11-2022 | icon 1015
Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti 200 ildən çox davam etmişdir

Azərbaycana qarşı 200 ildən çox davam edən bir müddətdə əzəli Azərbaycan torpağı
olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza
qarşı başlamış düşmənçilik və etnik dözümsüzlük siyasəti bu günə qədər davam
edir. Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Ermənilər bu
ərazilərdə məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük
sərgiləməyə başlayıblar. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi
ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil
dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Getdikcə öz mövqelərini
möhkəmlədən bu gəlmələr bir müddət sonra Azərbaycan toponimlərini dəyişməyə başlamış,
münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində
azərbaycanlıları sıxışdırmışlar. Tarixlərlə baxtığımızda, ermənilər 1905-1907-ci və 1918-ci
illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın
yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunmuşdur. Elə o
illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda,
Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə
dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara
işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir”. 1988-ci
ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı
axmaq ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız
insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə
nəticələnmişdir. Qeyd etmək lazımdır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırıma dair ilk
siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. Məhz Ulu Öndərin 1998-
ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü
elan edilmişdir. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün
həyatı sürməyə məcbur olmuşdur”.
“Azərbaycan son 30 il ərzində bütün dünyada olan ermənipərəst qüvvələrin səyləri ilə
beynəlxalq riyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qalmışdı. Nəticə etibarilə ölkəmizə
torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa seçim verilmədi. Bu bizlərə onu deməyə
əsas verir ki, bu gün beynəlxalq hüquq normaları işləmir. BMT Təhlükəsizlik Şurası tərəfindən
qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb
edən dörd qətnamənin icrasının bütün bu illər ərzində təmin olunmaması da bunu sübut edir.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı
qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr
endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini
qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Düşmənin
hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əkshücuma keçmək əmri vermişdir.44
günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın
Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə

boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci
Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad
etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə
Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır.
Birmənalı olaraq demək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz
2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli
hazırlıq işləri sayəsində təmin edilib.  
2003-cü ildən Vətən müharibəsinin başlanmasına qədər ötən 17 il ərzində dövlətimizin
başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə
gətirdi. Hər zaman bu münaqişəni diqqət mərkəzində saxladı. Sonda Azərbaycan xalqı,
Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında “Dəmir yumruq” kimi
birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi. İkinci Qarabağ
müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə sayəsində Azərbaycan dövləti bu gün qalib
dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Bu
gün erməni faşizmi məhv edilsə də, onun təzahürləri hələ də görünməkdədir. Bu, çox
təhlükəli tendensiyadır və ilk növbədə, Ermənistan dövlətinin özü üçün. Revanşizm
yolverilməzdir və əgər erməni faşizmi baş qaldırmağa bir də cəhd göstərərsə, Azərbaycanın
“Dəmir yumruğu” onun başını heç bir tərəddüd etmədən bir daha əbədiyyən əzəcək. Bütün
dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin,
erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra
heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz. “Bu gün artıq bütün dünyaya
Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər təqdim
olunub. Rəsmi İrəvan hərbi cinayətkardır. Müharibə dövründə mənfur düşmən tərəfindən
açılan atəşlər nəticəsində uşaqlar və qadınlar da olmaqla 100-ə yaxın mülki şəxs həlak
olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir.
Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər
və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.  Həmçinin basdırılmış mina
xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının
növbəti sübutudur. Bir daha bildirmək istəyirəm ki, “Bu gün Azərbaycan dövləti qailb dövlət
kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq”.

Vətən uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsini dərin hüzünlə anır,qazilərimizə uzun ömür arzu edirəm.

Əsmər Əliyeva
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.28692412376404