Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı gününü kimi fəxrlə qeyd edirik

10:35 10-11-2022 | icon 894
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı gününü kimi fəxrlə qeyd edirik

Azərbaycan respublikasının rəsmi simvollarından (himn və gerblə
birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan
respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə
Azərbaycan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun
dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir.
  Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi
zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl
rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ
rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi
türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamı
tərənnüm edir.
  Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 2009-cu il noyabrın
18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı
Günü kimi qeyd olunur.
  2010-cu il sentyabrın 1-də Azərbaycan respublikasının prezidenti İlham
Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl
sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub.
Meydanda inşa olunmuş bayraq dayağının hündürlüyü 162 m, bayrağın eni
35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə
təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının
gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış
bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Əmənov Xəqani
Saatlı şəhər Bülbül adına UMM-nin qarmon müəllimi


Digər xəbərlər

0.23881506919861