İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu

10:36 10-11-2022 | icon 938
İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu

Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər
ətraflı müzakirə etməyə və bu münasibətlərdə müsbət dinamikanı
artırmağa imkan yaradır. Belə ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli
Bəyannamə çoxillik münaqişəyə son qoydu. 10 noyabr tarixli Bəyanatın
imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanat uzun
illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə
münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər
rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın
tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı
qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Bu
bəyanat Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatların
məntiqi davamı idi, bu sənəd postmünaqişə dövründə hərbi gücün
yaratdığı diktənin diplomatiyaya keçidinə zəminlər yaradan strategiyanın
başlanğıcı idi. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin
normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.
Məlum olduğu kimi ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi
irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu
əsasda normallaşmaya nail olmaq mümkündür. Qarabağ münaqişəsi
artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan
burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-
Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb
edən formatdır. Məlum olduğu kimi Azərbaycan Respublikası
Prezidentinin,  Ermənistan Respublikası baş nazirinin və Rusiya
Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatı oldu. 
Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə
normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın
davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün
razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq
olundu. Bundan başqa humanitar məsələlər blokunun təxirə salınmadan
həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olundu.
Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq
etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə
uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin
toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll
olunmalıdır. Belə qərara gəlindi ki, Rusiyanın köməyi ilə Azərbaycan

Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və
ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında
dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı
möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin
başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir.

Cəmil Mustafayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.25140500068665