Səttar Möhbalıyev: “Dövlət Bayrağımız Şərqi Zəngəzurun və Qarabağın aydın səmasında əzəmətlə dalğalanır”

10:44 10-11-2022 | icon 720
Səttar Möhbalıyev: “Dövlət Bayrağımız Şərqi Zəngəzurun və Qarabağın aydın səmasında əzəmətlə dalğalanır”

“Bəşəriyyətin ən qədim xalqlarından biri olan Azərbaycan xalqı müdrikliyi,
müstəqil olmaq istəyi, dövlətçilik ənənələri, qurub-yaratmaq təşəbbüsü, sivil
yaşam tərzi, həmçinin zəngin mədəniyyəti, ədəbiyyatı ilə dünya tarixində
özünəməxsus yer tutur. Tarixin bəlli dövrlərindən bu günə kimi, mənbəyindən
asılı olmayaraq xalqımız haqqında rast gəlinən bütün məlumatlarda yalnız onun
qəhrəmanlığından, azadlıq mübarizəsindən, sahib olduğu dövlətlərin
qüdrətindən söz açılır. Xalqımızın müdrikliyi də məhz ondadır ki, tarixdə hər
zaman müsbət izlər qoyub. Ucaltdığı bayrağın ətrafında birləşən insanlar
ədalətli, humanist, güclü bir dövlətin nümayəndələri olublar. Müəyyən
dövrlərdə işğala, təcavüzə məruz qalsalar da, şərəfli mübarizə aparıblar,
azadlıqları uğrunda mücadilədən geri çəkilməyiblər. Xalqımızın yetirdiyi
övladlar müstəqillik uğrunda yorulmadan mübarizə aparıblar. Bu mübarizə
bütün sahələrdə - meydanlardan tutmuş ədəbiyyatımıza qədər özünü göstərirdi.
Ənənəsinə sadiq qalan ata-babalarımız 1918-ci ildə min bir əziyyətlə müstəqil,
demokratik dövlət quraraq üç rəngli, ay-ulduzlu bayrağımızı Vətənin göylərinə
ucaltdılar. Və bu bayraq bizim dövlətimizin varlığının, milli kimliyimizin,
tutduğumuz yolun carçısı oldu”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Xalqımızı öz ətrafına toplayan bayrağımız sovet hakimiyyəti illərində onun
istiqlal mübarizəsinin, azadlıq məfkurəsinin simvoluna çevrildi. Göstərilən
təzyiqlərə, represiyalara baxmayaraq, xalqımız dövlətçiliyinin, varlığının
rəmzini unutmadı, qəlbinin dərinliklərində ən ali sevgi ilə yaşatdı. Azərbaycanı
müstəqil, azad görmək arzusu ilə yaşayan, gördüyü işlərlə xalqımıza istiqlal
cığırı açan, hər zaman bu müqəddəs yola işıq saçan Heydər Əliyev Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını 1990-cı il noyabrın 17-də

Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsinə nail
oldu. Bu, o dövr üçün nə qədər çətin qərar olsa da, xalqına, Vətəninə olan
sevgisi, onu azad görmək arzusu Ulu Öndəri heç nədən çəkindirə bilmədi.
Heydər Əliyevin daha bir tarixi təşəbbüsü ilə Azərbaycan SSR Ali Soveti
qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması
haqqında vəsatət qaldırıldı və bu vəsatət əsasında üçrəngli bayrağımız Dövlət
Bayrağı elan edildi. Həmin vaxtdan başlayaraq müstəqil dövlətimizin müqəddəs
rəmzi olan bayrağımız beynəlxalq və regional təşkilatların önündə milli
varlığımızı, dövlətimizin mövcudluğunu, suverenliyimizi əzəmətlə dalğalanaraq
bütün dünyaya nümayiş etdirirır”, - Milli Məclisin deputatı bildirib.
“Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə
ümumxalq referendumu ilə qəbul edilən Azərbaycanın Konstitusiyasında da üç
rəngli bayrağımız təsdiqləndi. Ümummilli Liderimizin müzəffər davamçısı
cənab İlham Əliyev hər zaman gənc nəsilin dövlət rəmzlərinə hörmət ruhunda
tərbiyə olunması, onlarda vətənpərvərlik hissinin möhkəmləndirilməsi
istiqmətində mühüm işlər görür. Prezidentimiz dövlət rəmzlərinə hörmət və
ehtiramını nümayiş etdirərək 2009-cu il noyabrın 17-də “Azərbaycan
Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam
verdi. Bununla da hər ilin 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi
bayram olaraq böyük coşqu ilə qeyd edilir. Şanlı tariximizin qızıl səhifəsi olan
44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları işğaldan
qurtardıqları rayon və kəndlərimizin ən uca nöqtələrində ilk olaraq bayrağımızı
qaldıraraq bu ərazilərin bizə məxsus olduğunu bəyan edirdilər. Fəxarətlə deyə
bilərik ki, bu gün Dövlət Bayrağımız, ölkəmizin hər yer yerində, o cümlədən
Şərqi Zəngəzurda və Qarabağda qürurla dalağalanır. Bu mənzərəni seyr etdikcə
hər birimizin qəlbi fərəh hissi ilə döyünür. İnanırıq ki, bundan sonra da
bayrağımız müstəqil Azərbaycanın dövlət rəmzi olaraq əbədi dalğalanacaq”, -
AHİK sədri qeyd edib.


Digər xəbərlər

0.26619696617126