Səttar Möhbalıyev: “Ulu Öndərin müəllifi olduğu Konstitusiyamız ölkəmizin davamlı inkişafının əsasını qoydu”

15:56 11-11-2022 | icon 784
Səttar Möhbalıyev: “Ulu Öndərin müəllifi olduğu Konstitusiyamız ölkəmizin davamlı inkişafının əsasını qoydu”

“1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini bərpa etsə də, ölkənin ictimаi-
siyаsi həyatında yaşanan qеyri-sаbitlik, хаоs, özbaşnalıq dövlət quruculuğu
işində ciddi əngəl törədirdi. Təbii ki, baş verən bu cür xoşagəlməz hadisələri
aradan qaldırmadan dövlətimizin tamamilə azadlığına qovuşması mükün
deyildi. Bunu dərindən analayan müdrik xalqımız növbəti mühüm qərarını
verərək öz dahi oğlunu - Heydər Əliyevi yenidən hakimiyyətə gətirməklə
Azərbaycan adlı dövləti qurmaq işini ona etibar etdi. Tarixin sonrakı gedişi
xalqımızın müdrikliyini, dahiliyini bir daha ortaya qoymuş oldu. Bütün həyatını
xalqına, dövlətinə həsr edən nəhəng siyasətçi qısa müddətdə ona göstərilən
etimadları layiqincə döğrultdu – dövlətimizin hüquqi və siyasi-iqtisadi
müstəqilliyinin təmin olunması prosesi sürətləndi, ictimai-siyasi sabitlik bərpa
olundu, dövlət quruculuğu işinə start verildi, müstəqilliyin möhkəmləndirilməsi
istiqamətində mühüm addımlar atıldı, demokratik inkişafa yol açan önəmli
qərarlar, qanunlar qəbul edildi. Heydər Əliyevin dövlətimizin qarşısında
gördüyü ən əhəmiyyətli işlərdən biri müstəqil Azərbaycanın yeni
Konstitusiyasının hazırlanmasıdır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik ənənələri əsasında milli ruhda
hazırlanan Konstitusiyamız ölkəmizin demokratik inkişafına geniş yol açmış
oldu: “Məlumdur ki, dövlətlərin mahiyyəti, xüsusiyyəti onun Konstitusiyası ilə
müəyyən edilir. Bu baxımdan Azərbaycan Konstitusiyası demokratik təbiəti,
insan hüquq və azadlıqlarına geniş yer verməsi, siyasi plüralizmin əsas götürülməsi ilə dünyanın ən mükəmməl, qüsursuz ali qanunlarından biri hesab olunur. Ulu Öndərin müəllifi olduğu Konstitusiya ölkəmizdə demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun
inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini
müəyyənləşdirdi. Həmçinin insan və vətəndaş hüquqlarının, azadlıqlarının
müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə
ümdə vəzifə olaraq qoydu”.

“Konstitusiyada vətəndaşlarımızın əsas hüquq və azadlıqlarının təmin
olunmasına bilavasitə 48 maddə həsr edilib. Bu, dilindən, dinindən, irqi
mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına aiddir.
Əminliklə deyə bilərik ki, insanın sahib ola biləcəyi bütün hüquqlar - əmək,
istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, vicdan azadlığı, fikir və söz
azadlığı, dövlətin idarə olunmasında iştirak etmək və başqa hüquqlar
Konstitusiyamızda öz əksini tapıb və bütün bunlar vətəndaşların mənafeyinə
xidmət edir. Müxtəlif illərdə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər əsas
Qanunun təkmilləşməsinə gətirib çıxarıb. Bu dəyişikliklər dövlətimizin sosial-
iqtisadi bazasının daha da güclənməsinə, vətəndaşların hüquq və azadlıqlarına
daha etibarlı təminatın yaradlımasına, sosial dövlət prinsiplərini təsbit etmək
imkanlarının genişlənməsinə səbəb olub”, - Milli Məclisin deputatı qeyd edib.


Digər xəbərlər

0.23105692863464