Məscidləri dağıdana qucaq açılması  riyakarlıq və satqınlıqdır  

10:48 12-11-2022 | icon 1304
Məscidləri dağıdana qucaq açılması  riyakarlıq və satqınlıqdır
 

        Torpaqlarımızın işğaldan azad edilməsindən çox qısa zaman keçib. Lakin Şuşada bu möhtəşəm quruculuq, abadlıq işlərini görmək insana başqa bir güc verir. Eyni zamanda, bütün dünyaya göstəririk ki, böyük mədəniyyət abidələrini, tarixi abidələri dağıtmaq, məhv etmək ermənilərin xislətidir. Azərbaycanlılar bunu öz həyatında hiss ediblər və  bu kimi amansızlıqlarla heç zaman barışmayacaqlar. Azərbaycan məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır.

        Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında bildirib. Prezident qeyd edib ki, məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərlərinin qucaq açması, onları qucaqlayıb öpməsi riyakarlıq, satqınlıqdır və bunun başqa adı yoxdur.  Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik.

         Müharibə və postmüharibə illəri ərzində Azərbaycanın güclü beynəlxalq dəstək qazandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Biz Qoşulmama Hərəkatına sədr seçildik. Bizim sədrliyimiz yekdil qərarla təsdiqləndi. Sədrliyimiz yekdil qərarla daha bir il uzadıldı. Bu da dünya birliyinin əksər hissəsini birləşdirən beynəlxalq təsisatdır. Bu təsisata 120 ölkə üzvdür. Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır”. 

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar dinindən, əqidəsindən asılı olmayaraq Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir.

 

Əli Tacəddin,

Lənkəran-Astara Regional Təhsil İdarəsi

Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi


Digər xəbərlər

0.22004389762878