Azərbaycanın xarici siyasətinin prioriteti

14:00 15-11-2022 | icon 821
Azərbaycanın xarici siyasətinin prioriteti

     Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türkdilli Dövlətlər Təşkilatının Noyabrın 11-də Səmərqənddə keçirilmiş 9-cu Zirvə görüşündə də dövlətimizin başçısı İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Prezident deyib ki, türkdilli ölkələri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sammitin 200 milyonluq türk dünyasının ali toplantısı olduğuna diqqəti cəlb edən Azərbaycan Prezidenti deyib ki, bu geniş coğrafiya   böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. 

        Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı Vətən müharibəsi nəticəsidə ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Türk dövlətlərinin Azərbaycana dəstəyini yüksək dəyərləndirib.   Məhz bu baxımdan möhtərəm Prezidentimizin uzaqgörən, dərindən düşünülmüş ideyalarını alqılayırıq. Xalqımız,  gələcək nəsillər cənab İlham Əliyevin üçün göstərdiyi qayğı və diqqəti daim qiymətləndirəcəklər.

         İşğaldan azad olunmuş ərazilər böyük geostrateji əhəmiyyətə malikdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq.

        Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq:  “Zəngəzur dəhlizi”ndən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq. Zirvə Görüşünün yekun bəyannaməsi üzv dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsinə yönəlmiş səylərin ifadə olunması ilə yanaşı, bir sıra əhəmiyyətli məqamlarla da xarakterizə olunur. Türkdilli  ölkələr Azərbaycanın işğaldan azad olunmuş  ərazilərinin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə edib.

 

Rəxşəndə Qasımova,

Lənkəran-Astara Regional Təhsil İdarəsinin

Cəlilabad rayon sektorunun məsləhətçisi


Digər xəbərlər

0.32578682899475