Yeni infrastrukturun yaranması regional inkişafa xidmət edir  

14:05 15-11-2022 | icon 894
 Yeni infrastrukturun yaranması regional inkişafa xidmət edir
 

        Prezident İlham Əliyevin Türkdilli Dövlətlər Təşkilatının noyabrın 11-də keçirilmiş sammitində irəli sürdüyü müddəlar sadə insanların ürəyindən xəbər vermişdir. Dövət başçısı cəmiyyəti narahat edən, gələcəyə böyük ümidlər doğuran tezislərini bir daha bəyan etmişdir. 

       Qeyd edək ki, Azərbaycan bu təşkilatın türk coğrafiyasında inteqrasiya proseslərinin önünə çıxması üçün səmərəli addımlar atıb, türk dövlətləri arasında bütün istiqamətlərdə ortaq fəaliyyətin gücləndirilməsi ilə bağlı əhəmiyyətli təkliflər və təşəbbüslərlə çıxış edib.

        Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə  nəticəsində reallaşmaqda olan qlobal beynəlxalq layihələrin, kommunikasiya xətlərinin bütövlükdə Şərq-Qərb, Şimal-Cənub ticari-iqtisadi vektorları üzərində yerləşən bölgələr, hətta Ermənistan üçün yeni imkanlar açdığını vurğulamışdır. O, xüsusilə Zəngəzurdan keçməklə bütün türk dünyasını birləşdirəcək nəqliyyat dəhlizini fövqəladə rola malik layihə kimi qiymətləndirmişdi.

       Yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları bölgədə çoxşaxəli münasibətlərin inkişafına xidmət göstərir və böyük iqtisadi-ticari qazanc vəd edir. Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və haqq-ədalətin öz yerini tapması ilə əlamətdar deyil. Bu müharibənin nəticələri həm də region dövlətləri üçün yeni əməkdaşlıq potensialı yaradıb. Bu torpağın çörəyini yeyib, suyunu içən vətəndaşlarımız bundan olduqca məmnundur.

Lakin İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu iddialar əsassızdır. Azərbaycan ordusu öz torpaqlarında vuruşub və Ermənistan ordusunu məğlub edib. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq. İkinci Qarabağ müharibəsinin nəticələri isə,  şübhəsiz, bölgə üçün yeni imkanlar açır.

İsmayıl Aslanov,

  Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin

baş məsləhətçisi-baş mühasibi


Digər xəbərlər

0.28377795219421