Otuz illik işğal bitsə də onun ağır fəsadları hələ də qalmaqdadır

11:03 16-11-2022 | icon 785
Otuz illik işğal bitsə də onun ağır fəsadları hələ də qalmaqdadır

Çox təəsüf  ki, Azərbaycanın taleyinə Ermənistan kimi vandal,
mənfur, çörəyi dizinin üstündə olan qonşu düşüb. Elə qonşuların vəhşi
təcavüzünün nəticəsidir ki, 30 ilə yaxın müddətdə işğalda qalan
torpaqlarımız vəhşicəsinə talanıb,xarabazara çevrilib. Azərbaycanın 9
şəhəri,yüzlərlə kəndi yer üzündən silinib.Ağdam  kimi  cənnət məkan şəhər
viran olub, hətta ekspertlər onu Qafqazın Xirosiması adlandırırlar.Təkcə
Şuşada olan 17 su qovşağından heç biri salamat deyil,
qurudulub.Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə yeksan edib,
qalan iki məscidi isə donuz saxlanan yerə çevirib, tam yararsız hala salıb.
Bütün bunlar müsəlman dünyasına həqarətdir.
Belə çıxır ki, Ermənistanın rəsmi ideologiyasının bünövrəsini
İslamofobiya və türkofobiya təşkil edir.Qədim, tarixi, əsrlərlə yaşı olan
mədəniyyət abidələrimizi,qədim qəbirstanlıqları məhv edərək süni şəkildə
erməniləşdirməyə çalışıblar.Kütləvi minalanma da qarşıda duran ən böyük
çətinliklərdəndir.İlkin hesablamalara görə bir milyondan artıq mina
basdırılıb. Kəlbəcər, Zod qızıl yataqlarımız talan olunub. Bir sözlə ,heç
ikinci dünya müharibəsi dövründə də bu qədər maddi və mənəvi ziyanlıqlar
müşahidə edilməmişdir.
Regionda sülhün bərqərar olması üçün Azərbaycan sülh bağlamaq
niyyətindədir.Odur ki , sülh danışıqları üçün 5 prinsip irəli sürülüb. Artıq
Azərbaycan Qarabağda yenidənqurma işləri həyata keçirir.”Ağıllı kənd”
üzrə pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Füzuli hava
limanı salındı, Laçın və Zəngilanda da iki hava limanının tikintisi başa
çatmaq üzrədir. Bir sıra şəhərlərin də baş planı hazırdır. Ağdamda 200
hektar  təşkil edən Ağdam sənaye parkı artıq fəaliyyət göstərir. Bir sözlə
Qarabağın hər guşəsində bərpa işləri davam etdirilir. İndiyədək 200-ə dək
mülkü əhali və hərbiçi minaya düşüb. Bütün bunlar da Qarabağda
müharibənin fəsadlarının aradan qalxmasına maneçilik törədir.Dağlıq
yerlərdə də texnika ilə işləmək tezliyi də yerində deyil,lakin biz əminik
ki,tezliklə Qarabağ öz cənnət görkəminə qayıdacaq! İnşallah o günlər
uzaqda deyil!!!

Soltanova Zahidə Cəmilağa qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.26161003112793