YAP-ın inkişafında yeni tarixi mərhələ

11:04 16-11-2022 | icon 894
YAP-ın inkişafında yeni tarixi mərhələ

Azərbaycan dünyanın mötəbər araşdırma mərkəzlərinin tədqiqatlarında və nüfuzlu
reytinq təşkilatlarının hesabatlarında islahatçı ölkə kimi dəyərləndirilir. Təbii ki, ayrı-ayrı
sahələrin inkişafını və bütövlükdə milli tərəqqini təmin edən islahatlar kursu dövlətimizin
gücünün artmasını, yeniləşməni və müasirləşməni təmin edən çox mühüm amillərdən
biridir. Bu strateji kurs müasir çağırışlara, milli maraqlara və ictimai-siyasi münasibətlərin
mahiyyətinə, xarakterinə tam adekvatdır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks
xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu
Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə
mümkün edən faktorlardandır.
 Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan
modelinin müəllifi olan Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ
siyasi düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət
başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail
olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan institusional, kadr və
struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə
yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə
xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və
siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini - milli hədəfləri
reallaşdırmasını təmin edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük
Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi
bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni
çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət
edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması,
milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində
mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın - layiqli və dayanıqlı
məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi
və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və
alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə
mühüm vəzifələr və ictimai-siyasi məsuliyyət düşür. Qeyd etdiyiniz kimi, bir il əvvəl - 5
mart 2021-ci il tarixdə islahatlar kursunun tərkib hissəsi kimi və yeni dövrdə milli
vəzifələrin reallaşdırılması zərurəti ilə əlaqədar partiyamızın VII qurultayı keçirilib.
          Ümumiyyətlə, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə
yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və
ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda qəbul edilən qərarlar
partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi - ictimai-siyasi öhdəlikləri
layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.
        Partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin
müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Bilirsiniz ki,
partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Bu müddət
ərəfəsində ölkədə və beynəlxalq aləmdə mühüm dəyişikliklər baş verib, o cümlədən
Yeni Azərbaycan Partiyası əhəmiyyətli uğurlar qazanıb, yeni çağırışlar və vəzifələr
meydana çıxıb. Ona görə də yeni Nizamnamənin qəbulu, partiya fəaliyyətinin
tənzimlənməsində yeni mexanizmlərin müəyyənləşdirilməsi vacib idi və VII qurultayda
bu istiqamətdə önəmli qərar verildi.

          Bunlarla yanaşı, YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin
yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya
idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-
a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və
etimad ünvanı olmasının daha bir nümunəsi - əyani ifadəsidir. Bu fakt həm də siyasi
birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.

Vəliyeva Südabə Eminağa qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.27919101715088