Şəkidə "İdman festivalı 2022"nin açılışı olub
Şəkidə "İdman festivalı 2022"nin açılış mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov, idmançılar və digər şəxslər iştirak ediblər.
İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Həsən Həsənov çıxış edərək qonaqları salamlayıb: "Bu gün ölkəmizdə idman və olimpiya hərəkatı geniş vüsət alıb. İdman dövlət siyasətinə çevrilib. İdmançılarımız artıq xaricdə müzəffər xalqı təmsil edirlər. Gələcəyimiz gənclərin əlindədir. Bu səbəbdən onların idmanla məşğul olması bizim üçün çox önəmlidir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Burada müxtəlif tədbirlər həyata keçirilib. Fürsətdən istifadə edərək gənclər və idman naziri Fərid Qayıbova, qurumun əməkdaşlarına təşəkkür edirəm. İnanıram ki, idmançılarımız beynəlxalq turnirlərdə bayrağımızı yüksəklərə qaldıracaqlar".
Nazir Fərid Qayıbov idmançıların daim dövlətin qayğısını hiss etdiyini diqqətə çatdırıb: "Bu, onların qazandığı nailiyyətlərlə də hiss olunur. Yeniyetmələr arasında ilk dəfə Şəkidə idman festivalı baş tutur. İdman sağlamlıqdır. Hər kəsi idmana çağırırıq. Burada peşəkar məşqçilər var. Onlardan məsləhət ala bilərsiniz. Təşkilatçılıqda bizə yardımçı olan qurumlara, tərəfdaşlara və könüllülərə uğurlar arzulayıram. Bu tədbir münasibəti ilə sizə təbriklərimi çatdırıram və idman festivalını açıq elan edirəm".
Ardınca Dövlət Himni səsləndirilib və idmançıların çıxışlarına start verilib.
Qeyd edək ki, noyabrın 14-də Şəki Olimpiya İdman Kompleksində start götürən festivalda 23 idman növü üzrə 149 idmançı, 35 məşqçi iştirak edir. Noyabrın 14-ü, 15-i və 16-da idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər, həmçinin ustad dərsləri təşkil olunub. İlk dəfə Şəkidə baş tutan tədbir noyabrın 19-da başa çatacaq.
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...