“Prezident yeganə şəxsdir ki, 200 il sonra Təbrizdə fotosu divarlara vurulur”

12:51 17-11-2022 | icon 942
“Prezident yeganə şəxsdir ki, 200 il sonra Təbrizdə fotosu divarlara vurulur”

“Cənab Prezident, Müzəffər Ali Baş Komandan yeganə şəxsdir ki, bu gün şəkli Türkmənçay müqaviləsindən sonra, son 200 il ərzində Azərbaycanın ürəyi olan Təbrizdə, Xoyda, Mərənddə divarlara vurulur”. 

Bunu bu gün Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov bildirib. 

 

Millət vəkili bildirib ki, o, bütövlükdə Azərbaycan xalqının lideridir və Qarabağın fatehi kimi çağırılır: “İstər Əmir Teymurdan, istər Şah İsmayıl Xətaidən, istərsə də Fateh Mehmətdən sonra türk rəhbərləri, sultanları, xaqanları arasında yeganə Azərbaycan Prezidentidir ki, ona bu ad verilib. Biz də Azərbaycan xalqı olaraq bunu dəstəkləyirik. Cənublu qardaşlarımıza demək istəyirik ki, bu fatehlik Qarabağla bağlı bitməyəcək. Bizim Müzəffər Ali Baş Komandamızın fatehliyi ilə hələ çox yeniliklərin şahidi olacağıq”.

Siyavuş Novruzov eyni zamanda dünyada baş verən hadisələrə də diqqət çəkib: “Bu gün havadan barıt qoxusu gəlir. Təklif edirəm, büdcədə müdafiə, təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılsın. Hadinin bir fikri var: “Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya göndərir Fərman”. Belə bir dövrdə müdafiə, təhlükəsizlik məsələləri öndə olmalıdır”.


Digər xəbərlər

0.20874404907227