AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

12:57 21-11-2022 | icon 1760
AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

Avstraliya İttifaqının Melburn şəhərində Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilir.
Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri
Səttar Möhbalıyev səsvermə yolu ilə yenidən BHİK-nın vitse-prezidenti
seçilib.
Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional
Şurasının başçısı Luka Visentini BHİK-nın Baş katibi, Yaponiya Həmkarlar
İttifaqları Konfederasiyasının rəhbəri xanım Tomoko Yoşino isə prezidenti
seçilib.
Yeni seçilən Baş katiblə görüşən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev onu təbrik edib,
fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan həmkarlar ittifaqları
BHİK ilə hərtərəfli münasibətə böyük əhəmiyyət verir, təşkilatın üzvləri ilə
səmərəli əməkdaşlıq edir.
L.Visentini ilə əvvəlki görüşləri və aparılan fikir mübadilələrini xatırladan
S.Möhbalıyev ümidvar olduğunu bildirib ki, BHİK bundan sonra da qarşıya
qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, milli həmkarlar ittifaqları
arasında əlaqələr daha da genişlənəcək.
L.Visentini təbrikə görə, S.Möhbalıyevə təşəkkür edib və AHİK-in fəaliyyətini
yüksək dəyərləndirib.
AHİK sədri Səttar Möhbalıyev həmçinin BHİK-nın yeni seçilən prezidenti
xanım Tomoko Yoşino ilə də görüşüb, ona yeni vəzifəsində uğrlar arzulayıb.
Görüşdə eləcə də Yaponiya və Azərbaycanın həmkarlar ittifaqları arasında olan
münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərdən, aparılan fikir
mübadilələrinin səmərəli nəticələrindən danışılıb. Azərbaycanın bir qrup

həmkarlar ittifaqı fəalının Yaponiyaya səfərini xatırladan S.Möhbalıyev bunun
əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub
ki, hər iki tərəf bundan sonra da münasibətlərin dərinləşdirilməsi istiqamətində
səylə çalışacaq.
Məlumat üçün bildirək ki, Avstraliyanın Baş naziri Entoni Albaneze qurultayda
çıxış edib, milli həmkarlar ittifaqlarına qarşıya qoyulan ağır və məsuliyyətli işdə
öz məqsədlərinə çatmaları üçün uğurlar arzulayıb.
Həmçinin Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern qurultayda
videomiraciətlə cıxış edib.


Digər xəbərlər

0.22712588310242