“Bundan nəticə çıxarmayıbsa, dərsi təkrarlamağa hazırıq” - Adil Əliyev
Bəzi ölkələrdən yenə “Qarabağ erməniləriylə danışıqlara başlayın” çağırışları eşidilir. Bu bizim daxili işimizdir, qarışmayın. Biz illər boyu bunu deyənlərə anlatmağa çalışdıq ki, Qarabağ Ermənistanın işğalı altındadır, işğala son qoymaq üçün ancaq Ermənistan hakimiyyəti ilə danışıqlar apara bilərik. Danışıqlar nəticə vermədi, bizim mövqeyimizin doğru olduğu İkinci Qarabağ müharibəsində bir daha sübut edildi və bütün dünya gördü ki, Qarabağda Ermənistan ordusu ilə savaşırıq.
İndi yenə Qarabağ erməniləri mövzusunu gündəmə gətirməyə çalışırlar. Biz ermənilərlə dialoqun əleyhinə deyilik, ancaq separatçılarla, əli qana batan cinayətkarlarla, o cümlədən Moskvadan Xankəndiyə göndərilən və separatçıların “baş nazir” postuna təyin olunan erməni milyarder Ruben Vardanyanla danışıqlar istisnadır. Bu adam Qarabağa çatan kimi Azərbaycan əleyhinə müsahibələr verib, “Qarabağın “statusu” müəyyənləşməyənə qədər rusiyalı hərbçilər bölgəni tərk etməməlidirlər” kimi təxribatçı fikirlər söyləyib. Birincisi, Ruben Vardanyanın Qarabağa aidiyyəti yoxdur, Ermənistanda doğulub və cibində Rusiya pasportu daşıyır, ikincisi, o və digər separatçılar cənab Prezident İlham Əliyevin noyabrın 8-də Şuşadakı çıxışını diqqətlə oxumalıdırlar. Dövlət başçısı deyib: “Rus sülhməramlılar Qarabağda müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq. Əgər Ermənistan xoş niyyət göstərsə, sülh sazişi imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər”. Cənab Prezidentin Ruben Vardanyanla bağlı fikirləri də separatçıların və onların arxasındakı qüvvələrə mesaj əhəmiyyətli idi: “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb”.
Cənab Prezidentin də dediyi kimi, biz nə separatçılarla, nə də başqa yerlərdən Qarabağa göndərilənlərlə dialoq quracağıq. Azərbaycan qanunları ilə yaşamaq istəyən və suverenliyimizi qəbul edən ermənilərlə dialoq qurulacaq. Azərbaycan qanunlarını və suverenliyini qəbul etməyənlər isə Azərbaycanı tərk etməli olacaqlar. Bu, bütün dövlətlərdə, hətta Ermənistanın bacısı Fransada da belədir. Fransa ərazisində hansısa etnik qrup bu ölkənin qanunları ilə yaşamaq istəməsə, cibində bu ölkənin pasportunu gəzdirməkdən imtina etsə, dərhal ölkədən çıxarılar. Bu, normaldır. Azərbaycan da eyni hüquqa malikdir və bu, beynəlxalq qanunlara zidd deyil.
Fransa Ermənistanı da Azərbaycana qarşı təxribata sürükləyir. Ermənistanın baş naziri Nikol Paşinyan müharibədən sonra tək-tük açıqlamalarında Azərbaycanla sülhün vacibliyindən danışardı. Ancaq Fransa prezidenti Emmanuel Makronun və Fransa Senatının Azərbaycana qarşı açıqlama və qətnamələri Paşinyanı sanki “cəsarətləndirib” və o sülh bir yana, Azərbaycanı terrorçu təşkilatlarla eyni sırada qoymağa başlayıb. Cənab Prezident İlham Əliyev noyabrın 17-də Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Nikol Paşinyanın Azərbaycanı İŞİD və “Əl-Qaidə” terrorçuları ilə müqayisə etməsinin bu ölkə üçün ağır nəticələri olacağı barədə xəbərdar edib. Paşinyan müharibədən əvvəl Şuşada içkili vəziyyətdə “Qarabağ Ermənistandır” dediyi günləri xatırlamalı və bu təxribatın Ermənistan üçün ağır nəticəsi olduğunu unutmamalıdır. Bundan nəticə çıxarmayıbsa, dərsi təkrarlamağa hazırıq.
Milli Məclisin sədr müavini Adil Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...