Kəlbəcərin gələcəyi işıqlıdır

11:59 25-11-2022 | icon 683
Kəlbəcərin gələcəyi işıqlıdır

Həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Azərbaycan da müstəqilliyinin ilk ağır sınaqlarından keçmişdir. Kəlbəcər uğrunda tökülən qanlar, amansız vuruşmalar da xatirələrdən heş vaxt silinməjəcəkdir.

        Vətən müharibəsində Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Azərbaycan həm müharibə, həm də postmüharibə dövründə istədiyinə nail olub.

      Postmüharibə dövrünü müsbət qiymətləndirən İlham Əliyev bildirib ki,  Prezident həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürünün olduğunu söyləyərək bildirmişdir ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Kəlbəcərin gələcəyi irəlidədir və işıqlıdır.

         Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə mütəmadi olaraq səfərlər edir. O cümlədən Kəlbəcərə səfərlər xalqımıza böyük güc verir, müharibənin vurduğu yaraları tezliklə sağaltmağa ruhlandırır. 2021-ci ilin 16 avqustunda cənab İlham Əliyev burada Azərbaycan bayrağını ucaltdı, 11, 6 kilometrlik tunelin, İşğal və Zəfər muzeylərinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlini qoydu. Daha sonra Prezident “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının,, hərbi hissələrin açılışında iştirak etdi.  Cənab Prezident dəfələrlə qeyd etmişdir ki, torpaqların bərpası prioritet vəzifədir.

         Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri yenidənqurma və bərpa işlərinə birbaşa özünün nəzarət etdiyinin göstəricisidir.

Hikmət Qələmov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.24195408821106